Əlaqə Arxiv
news Image
2016.06.03
17:35
| A A A
Türkiyənin baş naziri: “Ermənistana dur deməyin vaxtı çatıb”
“Azərbaycanın dostu dostumuz, düşməni düşmənimizdir. Dağlıq Qarabağ məsələsində hər zaman Azərbaycanı dəstəkləyirik”.

"Azərbaycanın dostu dostumuz, düşməni düşmənimizdir"Movqe.az-ın məlumatına görə, bu sözləri Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin baş naziri Binəli Yıldırım keçirilən mətbuat konfransında deyib. O bildirib ki, Azərbaycan torpaqlarının 20 faizini işğal edən Ermənistana "dur" deməyin vaxtı çatıb: "ATƏT-in Minsk Qrupu toplanıb, dağılışır. Artıq söz zamanı deyil, iş görülməlidir. Bir dəqiqədə qərar qəbul edib, həyata keçirənlər Azərbaycan və Türkiyəyə gəldikdə fərqli davranırlar. Azərbaycanın işğal olunmuş torpaqları qaytarılan zaman bu məsələ çözüləcək. Beynəlxalq ictimaiyyətin ikili standartdan vaz keçməsinin zamanı çatıb"./apa/

Sizin Reklam Yeriniz