news Image
2016.06.07
09:45
| A A A
Diaspor təşkilatlarının fəallığı Azərbaycanı dünyada daha güclü mövqe sahibinə çevirəcək
Azər Həsrət: “Qoyulmuş vəzifələrin icrası fonunda qarşıdakı dövrdə Azərbaycanın dünyadakı mövqeyi daha da güclənəcək” Aydın Mirzəzadə: “Diaspor təşkilatlarının fəallığı, onların uğurlu işləri Azərbaycanın daha güclü şəkildə tanınmasına gətirib çıxaracaq”

Bakıda Dünya Azərbaycanlıların 4-cü qurultayı da başa çatdı. Bu qurultayda Prezident İlham Əliyev Azərbaycan diasporu qarşısında çoxsaylı vacib vəzifələr qoydu. Aydındır ki, həmin yeni vəzifələrin icrası Azərbaycanın dünyadakı mövqelərinin daha da güclənməsinə rəvac verəcək.

Siaysi şərhçi Azər Həsrət də bildirdi ki, qarşıya qoyulan vəzifələrin icrası fonunda qarşıdakı dövrdə Azərbaycanın dünyadakı mövqeyi daha da güclənəcək: "Bir iştirakçı olaraq Dünya Azərbaycanlıların 4-cü qurultayında Prezident İlham Əliyevin çıxışını diqqətlə izləyərək, özüm üçün müəyyən qənaətlər hasil etdim. Dünya azərbaycanlıların qarşısında qoyulan vəzifələrin orada tək-tək sadalanması, Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin genişləndirilməsi əlbəttə ki, vacib məsələdir.

Bu baxımdan düşünürəm ki, dünyanın hər tərəfindən gəlmiş və qurultayda iştirak etmiş azərbaycanlılar Prezidentin çıxışını diqqətlə öyrənərək orada qaldırılan məsələləri bircə-bircə nəzərdən keçirərək ona uyğun olaraq da fəaliyyətlərini quracaqlar. Prezident xüsusi olaraq vurğuladı ki, xarici mediada özümüzü yetərincə təqdim edə bilmirik və bu işdə diaspor nümayəndələri bizə yaxından yardımçı ola bilər. Bu baxımdan düşünürəm ki, ilkin vəzifə olaraq Azərbaycan diasporu olduqları ölkənin mediasında dövlətimizin təqdim edilməsi istiqamətində çalışmalıdırlar.

İkinci bir məqam isə Azərbaycanın haqlı davasının xarici ölkələrdə tanıdılması məsələsidir ki, bu baxımdan da diaspor nümayəndələrimiz yaşadıqları ölkələrdə siyasi çevrələr, hökumət dairələri, eyni zamanda qeyri-hökumət təşkilatları ilə əlaqələrini genişləndirməli və onlarla daimi təmaslar nəticəsində ölkəmizin haqlı mövqeyini xarici dövlətlərin ictimaiyyətinə çatdırmalıdırlar. Düşünürəm ki, Azərbaycan diaspor nümayəndələri bu çağırışları diqqətə alacaq, yaxın vaxtlarda Prezidentin qaldırdığı məsələlərin öz yerini tapacağının şahidi olacağıq. Bu əsasda da aparılan təblığatın, qarşıya qoyulan vəzifələrin icrası Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin daha da güclənməsinə gətirib çıxaracaq".

Milli Məclisin deputatı Aydın Mirzəzadə də vurğuladı ki, Dünya Azərbaycanlıların 4-cü qurultayında qarşıya qoyulan vəzifələrin icrası ölkəmizin dünya miqyasında daha dərindən tanınmasına şərait yaradacaq: "Prezident İlham Əliyevin Dünya Azərbaycanlıların 4-cü qurultayında çıxışı və qarşıya qoyduğu vəzifələr Azərbaycan xalqının dünya birliyində öz layiqli yerini tutmasında böyük rol oynayacaq. Söhbət həm Azərbaycan daxilində, həm də ondan kənarda yaşayan soydaşlarımızdan gedir. Bu gün azərbaycanlı olmaq özünün qədim tarixi, mədəniyyəti, eyni zamanda yaşadığı ölkənin layiqli vətəndaşı olmaq anlamına gətirib çıxarır. Cənab Prezident ilk növbədə qurultay nümayəndələri və onların təmsil olunduğu təşkilatları dünyaya inteqrasiya məsələsində fəal

olunmağa, Azərbaycanı daha yaxşı tanıtmağa çağırdı.

Azərbaycan diaspor təşkilatlarının fəallığı, onların yaşadığı ölkənin ziyalıları, ictimaiyyəti, mətbuatı ilə sıx əlaqələri həm özlərinin, həm də təmsil etdikləri xalqın tanınmasına gətirib çıxaracaq. Azərbaycan öz-özlüyündə bir dövlət kimi dünya birliyində müsbət anılır və bu rolu artmaqda davam edir. Bu məsələdə dövlətçilik yolunda qazanılan nailiyyətlər, həmçinin beynəlxalq aləmdə inteqrasiya yolunda əldə etdiyimiz uğurlar öz nəticəsini verməkdədir.

Bu gün azərbaycanlı olmaq bir tərəfdən Azərbaycan Respublikasına aydiyyatı olmaq deməkdir, eyni zamanda bir vətəndaş kimi ən böyük nailiyyətlərə layiq olduğunu sübut etmək deməkdir. Hesab edirəm ki, diaspor təşkilatlarının fəallığı, onların uğurlu işləri Ana Vətən olan Azərbaycanın da daha güclü şəkildə tanınmasına gətirib çıxaracaq. Dünya bu gün ayrı-ayrı ölkələr timsalında bəşəriyyətin hansı uğurlar qazandığının fərqinə varır. Azərbaycan da uğurlu nəticələr əldə edən dövlət və yüksək dəyərlərə malik xalq olduğunu bir daha dünyaya sübut etdi".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs