Əlaqə Arxiv
news Image
2016.06.07
16:45
| A A A
Almaniyanın mühacir hesabatı

Movqe.az xəbər verir ki, "Belqa News" agentliyinin verdiyi xəbərə görə, Almaniya hökumətinin çərşənbə axşamı dərc olunmuş məlumatında deyilir ki, may ayında ölkə ərazisinə 16000 qaçqın daxil olub. Balkan marşrutunun bağlanması və Aİ-Türkiyə müqaviləsinin qüvvəyə minməsi nəticəsində onların sayında xeyli azalma baş verib. 

Daxili işlər nazirliyinin hesabatı üzrə mayda Almaniyadan sığınacaq istəyən 16281 qaçqının 2289-u suriyalı, 2685-i afqan və 1355-i iraklı olub. İlin əvvəlindən sığınacaq axtaran 205929 nəfərin demək olar yarısı (91671) yanvrda ölkəyə gəlib. 2015-ci ildə gələn mühacirlərin sayı isə 1 milyondan çox olub.

Baş rolu oynayan Almaniyanın səyi nəticəsində Avropa İttifaqı ilə Türkiyə arasında bağlanmış saziş mühacir axınını xeyli səngidib. Bu plan martın 20-dən etibarən Yunanıstana qanunsuz yolla daxil olmuş mühacirlərin Türkiyəyə qaytarılmasını nəzərdə tutur. Sənəddə o da nəzərdə tutulub ki, Yunanıstandan qaytarılan hər bir suriyalının yerinə ümumi sayı 72000 nəfəri keçməməklə Aİ-yə qaçqın statusunda qəbul ediləcək.




Sizin Reklam Yeriniz