Əlaqə Arxiv
news Image
2016.06.08
14:40
| A A A
ATƏT Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində monitorinq keçirib

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyunun 8-də Xocavənd rayonu Kuropatkino kəndinin şərqindən keçən Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində monitorinq keçirilib.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, monitorinq insidentsiz başa çatıb.

 

Monitorinqi Azərbaycan Silahlı Qüvvələrinin nəzarət etdiyi ərazidə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Piter Şvedberq, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Saymon Tiller və Jiri Aberle keçiriblər.

Sizin Reklam Yeriniz