Əlaqə Arxiv
news Image
2016.06.09
07:00
| A A A
Azərbaycan çörəyinə nankor çıxanlar
Elçin Mirzəbəyli: “Bu insanlar üçün Azərbaycanın milli maraqları, vətəndaşlıq hissi, təəssübkeşlik anlayışı yoxdur” Arzu Nağıyev: “Bu şəxslər anti-Azərbaycan qüvvələri, erməni lobbisinin və ya digər qüvvələrin əlaltılarıdırlar”

Xəbər verildiyi kimi, Almaniyanın paytaxtı Berlin şəhərində Azərbaycan diaspor təşkilatlarının birgə təşkil etdiyi aksiya ilə eyni vaxtda "Sərhədsiz Reportyorlar" təşkilatı Azərbaycan əleyhinə piket keçirməyə cəhd edib.

Məlumata görə, "Sərhədsiz Reportyorlar"ın təşkil etdiyi aksiyada qondarma "Dağlıq Qarabağ Respublikası"nın "bayrağı" qaldırılıb. Piketdə iştirak edən azərbaycanlılar arasında siyasi mühacir adı almış Həbib Müntəzir və Elmir Mirzəyev də olub.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Elçin Mirzəbəyli bildirir ki, buna heç bir formada təəccüblənmək lazım deyil: "Bu insanlar üçün Azərbaycanın milli maraqları, vətəndaşlıq hissi, təəssübkeşlik anlayışı yoxdur. Onlar özlərinin primitiv siyasi məqsədləri, yaxud da ayrı-ayrı xarici dairələrin sifarişlərini yerinə yetirmək üçün hər şeyə hazırdılar. Bundan öncə də aksiyanın təşkilatçısı olan "Sərhədsiz Reportyorlar" təşkilatı və onlarla yaxından əməkdaşlıq edən insanlar ermənilərlə müxtəlif tədbirlərdə iştirak ediblər. Dəfələrlə ermənilərlə eyni mövqedən çıxış ediblər. Onların özlərinə "simvol" seçərək önə çıxardıqları Xədicə İsmayılın da iştirak etdiyi tədbirlərdə ermənilərin azərbaycanlıların əleyhinə fikirlər səsləndirdiyi və separatçı rejimi dəstəkləməsi ilə bağlı faktlar olub. Prosesdə adıçəkilən şəxslər də iştirak ediblər. Bu baxımdan indiki hadisədə də qeyri-adi nəsə yoxdur.

Onlara ən yaxşı cavabı Azərbaycan diasporu təşkil etdiyi aksiya ilə verdi. Bu etiraz aksiyası fərqi ortalığa qoydu. İki-üç nəfər Azərbaycanın əleyhinə çıxış edən, ermənilərlə həmrəylik nümayiş etdirən insanlarla yanaşı, xaricdə Azərbaycanı ləyaqətlə təmsil edən çoxlu sayda insanlar var. Bəzi düşərgələr Azərbaycanının son dövlər yürütdüyü siyasətin effektivliyinin şahididirlər. Eməni lobbisi də bunu açıq şəkildə görür. Çünki, aprel hadisələrindən sonra beynəlxalq ictimai rəy birmənalı şəkildə Azərbaycanın tərəfində oldu. Bu, erməniləri sarsıtmaya bilməzdi. Bu baxımdan da içimizdən olan "ermənilər"dən istifadə edib, Azərbaycan əleyhinə tədbirlər həyata keçirməyə çalışırlar. Lakin əməlləri effektiv nəticə verməyəcək. Çünki, Azərbaycan Prezidentinin Almaniyaya səfəri o qədər yüksək səviyyədə alındı ki, bir çoxları, eləcə də erməni diasporu bundan mütləq nəticə çıxaracaq".

Digər siyasi şərhçi Arzu Nağıyev də azərbaycanlı gənclərin əməllərini pislədi: "Bunlar müxalifət deyil. Müxalifət öz istəyini və məramını və ya siyasi tələblərini açıq şəkildə bildirir, seçkilər yolu ilə nəyəsə nail olur. Elə məsələlər var ki, istər müxalifət, istərsə də iqtidar bir yerdə olmalıdır. Məgər, Dağlıq Qarabağ münaqişəsində erməni işğalçıları atəş açanda azərbaycanlıların iqtidar və ya müxalifət olduğunu düşünürlərmi? Əlbəttə, yox. Bəyəm, şəhid verdiyimiz vaxt onun müxalif fikirli olduğu nəzərə alınırmı? Təbii ki, yox. Deməli, bu şəxslər müxalifət deyil. Anti-Azərbaycan qüvvələri, erməni lobbisinin və ya digər qüvvələrin əlaltılarıdırlar.

Tələblərini irəli sürən vaxt sepratçı və işğalçı, qondarma qurumun bayrağından niyə istifadə edirlər? Hər iki şəxs Azərbaycan cəmiyyətinə çoxdan tanış olanlardır və bir daha kim olduqlarını göstərdilər".

Sizin Reklam Yeriniz