Əlaqə Arxiv
news Image
2016.06.09
09:00
| A A A
Düşmən ölkə daxili çaxnaşmaların əsirlyində
Araz Aslanlı: “Aprel döyüşləri Ermənistanda həm sosial narazılıqları artırdı, həm də mövcud rejimi devirmək istəyənləri ümidləndirdi” İlqar Vəlizadə: “Aprel məğlubiyyəti Ermənistandakı daxili çaxnaşmaları bir qədər də surətləndirdi”

Ermənistanda, eləcə də işğal edilmiş ərazilərimizdə yaradılan separatçı rejim daxilində siyasi, hərbi qarşıdurma güclənib. Proseslərin xüsusi ilə aprel döyüşlərindən sonra aktivləşdiyini müşahidə etmək çətin deyil. Elə siyasi analitiklər də düşmən ölkəni apreldən əvvəlki və apreldən sonrakı Ermənistana bölürlər. Aprel məğlubiyyətinin erməni ordusundan cəmiyyətinə qədər lakmus rolunu oynadığını düşünürlər. Hətta hazırki daxili çəkişmələrin perspektivdə Dağlıq Qarabağ münaqişəsinin həllinə də təsiri istisna edilmir.

Politoloq Araz Aslanlı bildirdi ki, ümumiyyətlə, Ermənistanda sosial, siyasi, iqtisadi səbəblərə görə partiyalar, yaxud da cəmiyyətin müxtəlif təbəqələrinin iştirakı ilə etiraz aksiyaları olurdu: "Yəni, ümumi sosial, iqtisadi, siyasi narazılqı var idi. Bunu Azərbaycan torpaqlarının işğal altında saxlamaqla balanslaşdırırdılar. Lakin aprel döyüşlərindən sonra Ermənistanda fikir ayrılıqları gücləndi. Uzun müddət ictimai-siyasi proseslərdən kənarda saxlanılan, qalan şəxslər də proseslərə qoşuldular.

Nəzərə alaq ki, Ermənistan apardığı qonuşuluq siyasətinə görə regional layihələrdən kənarda qalır. Bunu guya hansısa ölkələrlə strateji müttəffiqliklə kompensasiya etməli idilər, amma edə bilmirlər. Yaxud da müttəffiqliklə təhlükəsizliyini təmin etməli idilər, ancaq bunu da edə bilmirlər. Yəni, aprel mühirəbəsi lakmus rolunu oynadı. Ermənistandakı real vəziyyəti göstərdi. Hansı ki, Ermənistan hakimiyyəti saxta görüntü yaratmışdı. Aprel döyüşləri Ermənistanda həm sosial narazılıqları artırdı, həm də mövcud rejimi devirmək istəyənləri ümidləndirdi".

Politoloqun fikrincə, Ermənistandakı daxili çəkişmə Dağlıq Qarabağ münaqişəsinə də dolayısı ilə təsir edə bilər: "Nəzərə alaq ki, daxili çəkişmənin tərəfləri çoxdur. Onlar arasında işğalı dəstəkləyənlər var. Eyni zamanda Ermənistanda absurd ideyaların zərərli olduğunu başa düşənlər də var. Bu ikinci qüvvələr artarsa, proosesin Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsiri ola bilər. Digər qüvvələrin üstünlüyü şəraitində isə Ermənistan daxilində qarşıdurmalar arta bilər ki, bu da münaqişənin hərbi, diplomatik yolla həlli üçün zəmin yaradır".

Digər siyasi şərhçi İlqar Vəlizadə bildirdi ki, əslində, Ermənistan daxilində belə problemlər həmişə mövcud olub: "Sadəcə, aprel məğlubiyyəti Ermənistandakı daxili çaxnaşmaları bir qədər də surətləndirdi. Keçən il Ermənistanda konstitusiya referendumu keçirildi. Bu da ondan irəli gəldi ki, müxtəlif siyasi qüvvələr mövcud siyasi klanın mütləq hakimiyyəti ələ keçirməsindən narazı idilər. Mesajlar göndərirdilər ki, Sarksiyan gələcəkdə də hakimiyyəti əldə saxlamaq istəsə, müqavimət artacaq. Halbuki, mövcud komandanın nə siyasi, nə də iqtisadi resursları bu hakimiyyəti tək saxlamaq imkanlarına malik deyil. Ona görə də məcburən refendum həyata keçiriblər.

İndi isə aprel hadisələrindən sonra məlum oldu ki, Ermənistan haimiyyəti təsəvvür edilən qədər güclü deyil, onun kifayət qədər problemi var. Onun "gücü" yalnız daxili siyasətə çatır. Bundan isitfadə edib digər qüvvələr revanşa çalışırlar. Mövcud komandanı devirmək istəyindədirlər. Bu, həm Dağlıq Qarabağda, həm də Ermənistanda baş verir. Aydındır ki, Qarabağdakı separatçıların lideri Bako Saakyan Sarkisyanın tabeçiliyində olan şəxsdir".

Politoloq hesab etmir ki, Ermənistandakı daxili çaxnaşma Dağlıq Qarabağ probleminə təsir etsin: "Çünki, bütün hallarda işğalçılıq rejimi qalmaqda davam edəcək. Orada işğalçı siyasəti dəyişməyəcək. Lakin ordunun nizam-intizamına, Azərbayan Ordusuna müqavimət gücünün azalmasına təsir edəcək. Bu da bizə xeyirdir".

Sizin Reklam Yeriniz