Əlaqə Arxiv
news Image
2016.06.09
09:15
| A A A
Ermənistandan üz döndərənlərin sayı artır
Elman Nəsirov: “Ermənistan indi tamamilə küncə sıxılmış vəziyyətə düşüb”

Ermənistan regionda daha bir tərəfdaşını itirmək təhlükəsilə üz-üzədir. Söhbət Azərbaycanla əməkdaşlığa daha çox önəm verən İrandan gedir. İşğalçı ölkənin Tehrandan istər iqtisadi, istərsə də siyasi, xüsusilə da Dağlıq Qarabağ münaqişəsilə bağlı gözləntiləri özünü doğrultmur. Tehran üçün bu, o qədər əhəmiyyət kəsb etməsə də, regionda təklənən işğalçı Ermənistan üçün kifayət qədər ciddi problemdir. İran indi Azərbaycanla iqtisadi, siyasi və digər sahələrdə əməkdaşlığa daha çox önəm verir, nəinki iqtisadi cəhətdən daim zəifləyən Ermənistana.

Belə vəziyyət Ermənistan üçün nə deməkdir və Qarabağ münaqişəsinə nə vəd edir?

Milli Məclisin deputatı Elman Nəsirovun fikrincə, artıq İranın da Ermənistanla əməkdaşlığa geniş önəm verməkdən imtina etməsi fonunda İrəvan daha ağır dərəcədə küncə sıxılmış vəziyyətə düşüb: "Bilirsiniz ki, Ermənistan adlı dövlət yeritdiyi işğalçılıq siyasəti üzündən təcrüd olunmuş vəziyyətdədir. Ermənistanın işğalçılıq siyasəti ilk növbədə bu ölkəyə iqtisadi iflas gətirib. İkinci bir tərəfdən, ölkə təcrid vəziyyətinə düşüb. Üçüncüsü, Ermənistanda ciddi miqrasiya problemi yaradıb, çoxsaylı insan ölkəni tərk edib. Nəhayət, işğalçılıq siyasəti fonunda Ermənistan yoxsulluq həddini aşan bir hala düşüb. Belə olan vəziyyətdə Ermənistan eyni zamanda xarici siyasətində də ciddi problemlər yaşamaqdadır.

Faktiki olaraq, Ermənistan dövlətinə beynəlxalq aləmdə heç bir etimad qalmayıb, etimad limiti tükənib. İş o yerə gəlib çatıb ki, Ermənistanın yaxın münasibətlərdə olduğu dövlətlərdən olan İran da artıq ondan uzaqlaşmağa başlayır. Bəlkə də İran özü iqtisadi blokadada olan zaman Ermənistan bazarı çırtdan bazar olsa da belə, bura onun üçün ola bilsin, müəyyən əhəmiyyət kəsb edirdi. Onlar hardasa Ermənistana bir bazar kimi baxa bilirdilər. Lakin yeni reallıqda İrana qarşı beynəlxalq sanksiyalar götürüldükdən sonra bu ölkə dünya üçün açıq elan edildi. Nəticədə bu ölkəyə beynəlxalq korporasiyalar, böyük dövlətlər üz tutmağa başlayıb. Yeni şəraitdə artıq İran üçün çırtdan Ermənistan adlı dövlətin əhəmiyyəti və aktuallığı getdikcə sıfıra bərabərdir. Bunu erməni politoloqları da qeyd edir.

Serj Sarkisyan rejimi yeritdiyi xarici siyasət nəticəsində ölkəni o həddə gətirib çıxarıb ki, hətta onun yaxın qonşu hesab etdiyi və bir zamanlar sıx əlaqələr saxladığı Tehran da İrəvandan uzaqlaşmağa başlayıb. Bu, bir reallıqdır. Belə olduğu halda Ermənistan indi bütünlüklə küncə sıxılmış vəziyyətə düşüb. Buna görə də aqressiv siyasəti üzündən aldığı zərbələr bumeranq effekti verərək hazırda Ermənistanı "nokdaun" vəziyyətinə salıb. Aprel döyüşləri bu həqiqəti bir daha təsdiqlədi. Ermənistan rəhbərliyi "nokdaun" vəziyyətində ağlını da itirib və bu fonda da sərsəm bəyanatlar verir, ağılsız siyasi gedişlər edir, hər zamankı kimi təxribatçı əməllərilə məşğuldurlar. Lakin bu hərəkətləri də artıq onlar üçün lazımı effekt və səmərəni vermir.

Artıq Ermənistana təzyiqlər də getdikcə artır. Hesab edirəm ki, Ermənistan parlamentinin işğal edilmiş ərazilərmizdəki qondarma rejimi tanımaqdan imtina etməsi, Vyana danışıqlarına getmələri də həmin qəbildən olan təzyiqlərin nəticəsidir. Bu fonda artıq İran da Ermənistandan uzaqlaşmağa başlayır. Bu da artıq yeni geosiyasi şəraitdir. Həmin yeni geosiyasi şəraitin məğlubu statusunda da Ermənistan çıxış edir. Onlar öz ənənəvi siyasətlərindən əl çəkməsələr Ermənistanı daha böyük iqtisadi, siyasi, hərbi kataklizmlər gözləyir".

Sizin Reklam Yeriniz