Əlaqə Arxiv
news Image
2012.04.20
18:21
| A A A
Moskva “Suriyanın Dostları”na qarşı
Mövqe.az xəbər verir ki, Fransanın təşəbbüsü ilə təşkil edilən "Suriyanın Dostları" adlı zirvə görüşündə Annan Planının Suriya üçün son şans olduğu qeyd olunub.
Zirvə görüşü Parisdə təşkil olunub. 14 ölkə nümayəndəsinin qatıldığı sammitdə Türkiyəni xarici işlər naziri Əhməd Davudoğlu təmsil edib. Fransanın xarici işlər naziri  Alain Juppe əsas məqsədlərinin  Annan Planını təsirli şəkildə tətbiq etmək olduqlarını deyib.O həmçinin planın tətbiq olunmasına əmin olmaq üçün oraya müşahidəçi missiyanı göndərmək lazım olduğunu deyib.
Zirvəyə dəvət edildiyi halda qatılmayan Rusiya isə danışıqların 'tək tərəfli' və 'Annan Planı'na zərər verici xüsusiyyətlərinin  olduğunu deyib.
Əfqanə Məzahirqızı
Mövqe.az

Sizin Reklam Yeriniz