news Image
2016.06.09
17:10
| A A A
Rusiya XİN-dəki mənbə: Sankt-Peterburqda Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin üçtərəfli görüşü keçirilə bilər

Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan, Ermənistan və Rusiya prezidentləri İlham Əliyev, Serj Sarkisyan və Vladimir Putinin üçtərəfli görüşü keçirilə bilər.

 

Movqe.az xəbər verir ki, bu barədə APA-nın Moskva müxbirinə Rusiya XİN-dəki mənbə bildirib.

 

Mənbənin sözlərinə görə, hazırda belə bir görüşün keçirilməsinin mümkünlüyü araşdırılır: "Tərəflər razılıq versə, görüş barədə Prezident administrasiyaları məlumat yayacaq".

 

Qeyd edək ki, bu gün Rusiya XİN Sankt-Peterburqda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı üçtərəfli sammitin keçiriləcəyi ilə bağlı məlumat yayıb.

 

Məlumatda Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinin Fransanın Rusiyadakı səfiri Jan Moris Riperlə Sankt-Peterburqda keçiriləcək Dağlıq Qarabağ münaqişəsi ilə bağlı üçtərəfli sammiti müzakirə etdiyi bildirilib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs