news Image
2016.06.10
10:40
| A A A
Avropalı deputat: `Metsamor bütün Avropa üçün təhdiddir`

Avropa Komissiyası Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasında yoxlamalar aparmalıdır. Çünki hər bir AES-in maksimal istifadə müddəti var.

Bu fikirləri Avropa Parlamentinin Avropa Xalq Partiyası-Xristian Demokratlar Qrupunun üzvü xanım Ramona Nikole Manesku söyləyib.

O deyib: "Biz Avropanın enerji siyasətini, o cümlədən nüvə enerjisindən istifadə məsələsini Avropa Parlamentində müzakirəyə çıxarmışıq. Hazırda bir sıra Avropa dövlətləri atom elektrik stansiyasından istifadə edir. İndi ayrı-ayrı ölkələrdə müasir standartlara cavab verən atom enerjisindən yeni istifadə mənbələri də yaradılmaqdadır. Bu, Avropa İttifaqı, ümumiyyətlə, hamı üçün bir normadır. AES-lər üçün yeni və etibarlı texnologiya isə əsas şərtdir. Avropa Komissiyası Ermənistandakı Metsamor AES-də yoxlama aparmalıdır və biz əmin olmalıyıq ki, bu stansiya müasir standartlara cavab verir, ya yox. Bundan şübhəliyəm. Çünki atom elektrik stansiyalarının istifadə müddəti 25 ildən maksimum 40 ilə qədərdir. Qırx ildən sonra bu cür stansiyalar bağlanmalıdır və yenisi tikilməlidir. Hesab edirəm ki, Avropa Komissiyası səviyyəsində, səlahiyyətə uyğun ciddi və lazımi qərar qəbul edilməlidir".

"Bu stansiya təkcə region üçün deyil, bütün Avropa üçün təhdiddir", -deyən Avropa Parlamentinin deputatı vurğulayıb ki, standartlara cavab verməyən atom elektrik stansiyaları fəaliyyəti dövründə yerləşdiyi regionun flora və faunasına, həmçinin su mənbələrinə böyük ziyan vurur. Bu mənada istifadə müddəti çoxdan bitmiş Metsamor Atom Elektrik Stansiyası canlı aləm üçün əsl təhlükə mənbəyidir. Üstəlik, Ermənistan tərəfi Azərbaycanın istifadə etdiyi içməli su mənbələrini bu AES-in tullantıları ilə çirkləndirir. Bu da aydındır ki, Metsamor AES seysmik zonada yerləşir. Köhnəlmiş bir stansiyanı qorumağa cəhd edən Ermənistan hökuməti, ilk növbədə, öz vətəndaşları haqqında düşünməlidir. Eyni zamanda, region barədə də narahat olmalıdır. Çernobıl faciəsi hələ də unudulmayıb. Fukuşimada baş vermiş faciənin də şahidi olduq. Biz çox ehtiyatlı olmalıyıq. Əhalinin həyat və sağlamlığı naminə tələb olunan təhlükəsizlik standartlarını yerinə yetirmək lazımdır.

Avropa Parlamentinin deputatı hesab edir ki, istifadə müddəti keçmiş AES-lər məsələsinə daha ciddi yanaşılmalıdır. Sonradan gec olacaq. Çünki bu cür stansiyalarda baş vermiş faciələrin nəticələrini dünya dövlətləri neçə illər keçməsinə baxmayaraq hələ də tam aradan qaldıra bilməyib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs