news Image
2016.06.11
10:30
| A A A
Azərbaycan XİN: Erməni "diplomatları" beynəlxalq hüququ özlərinə məxsus şəkildə şərh etməyə çalışırlar

Ermənistan XİN-in növbəti səhv şərhləri ilə əlaqədar vurğulamaq istərdik ki, milyonların kumiri Polad Bülbüloğlu diplomatik işində özünü büruzə verən peşəkarlığı, istedadı və yüksək mənəvi keyfiyyətləri ilə pərəstişkarlarının rəğbətini qazanarkən, Ermənistan XİN-in qondarma "mətbuat katibi", guman ki, hələ əlifbanı öyrədirdi. Bunu Movqe.az-a  Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

"Əslən Şuşa şəhərindən olan Polad Bülbüloğlu Azərbaycanın böyük oğlu və əsl vətənpərivərdir və belə də qalacaq", deyə H.Hacıyev əlavə edib.

O bildirib ki, "peşəkar ali təhsili" olan erməni "diplomatları" dünya ictimayyəti tərəfindən qəbul olunmuş beynəlxalq hüquq və normativ-hüquqi sənədləri özlərinə məxsus şəkildə şərh etməyə çalışırlar və dünyaya öz absurd iddialarını sübut etməyə cəhd göstərirlər: "Buna parlaq nümunə Ermənistanın xarici işlər nazirinin bu yaxınlarda başqa bir dövlətin səfirinin üçüncü ölkədə göstərdiyi fəaliyyəti haqqında dedikləri, "nazir müavini" - qondarma "kadr diplomatı" Şavarş Koçaryanın yalan və bayağı bəyanatlarıdır".

H.Hacıyevin sözlərinə görə, indi bu çirkli işi qurumun mətbuat katibi davam etdirmək qərarına gəlib: "Görünür, Ermənistan XİN-də məşğul olmağa başqa bir şey tapmırlar. Qeyd etdiyimiz Ermənistanın rəsmilərinə Azərbaycanın işğal olunmuş ərazilərindən erməni silahlı qüvvələrinin qeyd-şərtsiz çıxarılması barədə BMT Təhlükəsizlik Şurasının məlum qətnaməsinə ciddi riayət etməyi, Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyən beynəlxalq ictimaiyyətə qulaq asmağı, bununla da Ermənistana artıq 28 il ərzində aid olunan "təcavüzkar", "işğalçı" adlarından xilas olunmağı təkidlə tövsiyə edirik".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs