news Image
2016.06.11
18:31
| A A A
Prezident İlham Əliyev: Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyəsi xüsusi məmnunluq doğurur

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Hörmətli Vladimir Vladimiroviç. Sizi və Sizin şəxsinizdə dost Rusiya xalqını dövlət bayramınız - Rusiya Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Sizin rəhbərliyinizlə Rusiya Federasiyası dövlətçiliyin və hüquqi qaydanın möhkəmlənməsində, səmərəli iqtisadiyyat qurulmasında sanballı uğurlar qazanıb. Siyasi, sosial-iqtisadi həyatda ardıcıl dəyişikliklər, cəmiyyətdə həmrəylik və sabitlik, fəal xarici siyasət kursu Rusiyanın beynəlxalq nüfuzunun güclənməsi üçün etibarlı zəmin olub.

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərin yüksək səviyyəsi, bütün sahələrdə əməkdaşlığımızın dinamik və hərtərəfli inkişafı xüsusi məmnunluq doğurur.

Əminəm ki, birgə səylərimiz bundan sonra da ölkələrimizin strateji tərəfdaşlığının və çoxplanlı qarşılıqlı fəaliyyətinin daha da genişlənməsinə, xalqlarımız arasında möhkəm dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstək ənənələrinin möhkəmlənməsinə yönələcək.

Hörmətli Vladimir Vladimiroviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, Rusiyanın bütün dost xalqına isə sülh və əmin-amanlıq arzulayıram".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs