Əlaqə Arxiv
news Image
2016.06.13
10:15
| A A A
Tramp müsəlmanları ABŞ-a buraxmamağa çağırıb

ABŞ prezidentliyinə namizəd Donald Tramp müsəlmanları ölkəyə buraxmamağa çağırıb.


Movqe.az apa-ya istinadən xəbər verir ki, D.Tramp bu barədə özünün "Tvitter" səhifəsində yazıb.


"Orlandoda baş verənlər yekun deyil, başlanğıcdır. Ölkə rəhbərliyimiz zəif və səriştəsizdir. Mən bundan əvvəl də qadağaya dair bəyanatlar vermişdim. Biz hər zaman belə hadisələrə hazır və sərt olmalıyıq", D.Tramp yazıb.


Xatırladaq ki, ABŞ-ın Florida ştatının Orlando şəhərində  gecə klubunda törədilən terror aktı nəticəsində 50 nəfər ölüb, 53 nəfər yaralanıb.

Sizin Reklam Yeriniz