news Image
2016.06.14
14:10
| A A A
"The Caspian Times": Bakıda Formula 1-in keçirilməsi Azərbaycanın şöhrətini artıracaq

Bakıda "Formula 1" Avropa Qran Prisi kimi mühüm yarışın keçirilməsi Azərbaycanın dünya arenasında şöhrətini artıracaq. Movqe.az xəbər verir ki, bunu trend-ə "The Caspian Times" beynəlxalq portalının təsisçisi, pakistanlı jurnalist Malik Eyyub Sumbal deyib.


Onun sözlərinə görə, "Formula 1" qlobal arenada geniş müzakirə olunur və Azərbaycan idman həvəskarları üçün bu meqa-hadisənin təşkilatçısı kimi qeyd edilir: "Müsəlman dünyasında belə növ tədbirləri təşkil edən az sayda ölkə var. Azərbaycan ilk belə ölkələrdəndir".


M.E.Sumbal qeyd edib ki, Azərbaycan böyük idman potensialı olan ölkədir: "Mən Azərbaycana diqqəti cəlb edən belə iri idman yarışlarını qəbul edən Prezident İlham Əliyevin böyük mütərəqqi baxışını yüksək qiymətləndirirəm".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs