news Image
2016.06.14
14:39
| A A A
Azərbaycan-İran-Rusiya prezidentlərinin üçtərəfli görüşünün vaxtı məlum olub

Bu ilin avqust ayında İran prezidenti Həsən Ruhani Azərbaycana səfər edəcək.Movqe.az-ın xəbərinə görə, bunu Milli Məclisin sədri Oqtay Əsədov deyib. "Ayrı-ayrı mənbələrə istinadən Həsən Ruhaninin Ermənistana səfər edəcəyini söyləyirsiniz, ancaq Azərbaycana planlaşdırılan səfəri barədə danışmırsınız", - deyə o, Milli Məclisdə İranı tənqid edən deputatlara bildirib.

 

Xatırladaq ki, Bakıda Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli görüşü planlaşdırılır. İran prezidenti Həsən Ruhani və Rusiya prezidenti Vladimir Putin bu məqsədlə Bakıya səfər edəcəklər. /apa/  

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs