news Image
2016.06.15
13:15
| A A A
Robert Sekuta: "Formula-1" kimi tədbirlər Azərbaycanda turizm infrastrukturunun inkişafına kömək edir

Bakıda "Formula-1" Avropa Qran-prisinin keçirilməsi Azərbaycana çox sayda turist cəlb edəcək. Movqe.az bildirir ki, Bunu Trend-ə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

Səfir bildirib: "İqtisadiyyatın diversifikasiyası məqsədilə Azərbaycan turizm infrastrukturunun inkişaf etdirilməsini qarşısına vəzifə olaraq qoyub. Belə tədbirlər isə il boyu turistləri cəlb edəcək infrastruktur və xidmətlərin inkişafına yardım edir".

R.Sekutanın sözlərinə görə, Azərbaycan mədəniyyəti və tarixi zəngin bir ölkə olaraq turistlərə təkcə Bakıda deyil, regionlarda da çox şey təklif edə bilər.

"Formula-1" Avropa Qran-pri yarışları Bakıda iyunun 17-19-da keçiriləcək.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs