news Image
2016.06.16
10:30
| A A A
Ermənistanın eks-baş naziri: `Dövləti dağıdırlar...`

Ermənistanın keçmiş baş naziri, deputat Qrant Baqratyan bildirib ki, ölkəsi inamla defolta doğru gedir. İyunun 15-də ölkə parlamentində prezidentin ratifikasiya üçün təqdim etdiyi `M6 dövlətlərarası avtomobil yolu` maliyyə müqaviləsi səsə qoyulub. Bu müqavilə Ermənistan və Avropa İnvestisiya Bankı arasında bağlanıb.

Deputat, keçmiş baş nazir Qrant Baqratyan deyib ki, dövlət tədricən borc alır və inamla defolta doğru irəliləyir ki, bir neçə ildən sonra o artıq elan olunmalıdır.

`Biz heç bir əsas olmadan dövlətin özülünü dağıtmağa başlayırıq. Kimdən və nə qədər borc alırıq, nə üçün alırıq, bu borcları necə yoxlamaq olar. Bizim yaratdığımız o dövləti siz dağıdırsınız`, - o deyib.

Səsvermənin nəticələrinə görə, maliyyə müqaviləsi 78 lehinə, 15 əleyhinə və 13 bitərəf olmaqla qəbul edilib. 


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs