news Image
2016.06.16
15:49
| A A A
Deputat:"Azərbaycan demokratik dövlətlərin uzun illər əldə etdiyi uğurlara qısa müddətdə nail olub"

"Azərbaycan bu gün həm dünyanın, həm də regionun inkişaf etmiş ölkələrindən birinə çevrilməklə yanaşı, insan hüquq və azadlıqlarını tam şəkildə təmin edib".

Movqe.az bildirir ki, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova bu gün Milli Məclisdə keçirilən "18 - Azərbaycanda insan hüquqları gününə həsr olunmuş dinləmələr"dədeyib.

B.Muradova bildirib ki, Azərbaycanın bugünkü uğurları ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Vitse-spiker qeyd edib ki, ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra insan hüquq və azadlıqlarının təmin edilməsini öz fəaliyyətinin əsas prinsipi etdi.

B.Muradova bildirib ki, bu siyasət prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Bu siyasətin davamı kimi prezident İlham Əliyev 18 iyun tarixinin milli insan hüquqları kimi qeyd edilməsi ilə bağlı sənəd imzaladı. Azərbaycan bu sahədə demokratik dövlətlərin uzun illər əldə etdiyi uğurları qısa müddətdə əldə edib".

B.Muradova vurğulayıb ki, Azərbaycan iqtidarının siyasətinin mərkəzində insan amili dayanır.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs