news Image
2016.06.16
20:30
| A A A
Baş prokuror həmməruzəçilərlə görüşüb

Bu gün Baş prokuror Zakir Qaralov Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Preda və Stefan Şennak ilə görüşüb. Baş Prokurorluğun mətbuat xidmətindən movqe.az-a verilən məlumata görə, Z. Qaralov bu ilin aprel ayından başlayaraq Ermənistanın silahlı qüvvələri tərəfindən beynəlxalq hüququn normalarını kobudcasına pozaraq qadağan edilmiş kimyəvi tərkibli hərbi sursatlardan istifadə edilməsi, qoşunların təmas xəttində atəşkəs rejimini pozması nəticəsində Tərtər, Ağdam və Füzuli rayonlarının ərazisində yaşayan mülki əhali arasında itkilərin olması, dinc əhalinin yüzlərlə əmlakına ziyan vurulması barədə məlumat verib. Görüşdə Azərbaycanın Avropa Şurası ilə əməkdaşlığa böyük önəm verildiyi, bu istiqamətdə dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm işlərin görüldüyü xüsusi vurğulanıb.

Həmməruzəçilər son dövrlər Azərbaycan Prezidentinin "Məhkum olunmuş bir sıra şəxslərin əfv olunması haqqında" Sərəncamının və Amnistiya aktı haqqında qərarın qəbul edilməsini humanizm prinsipinin bariz nümayişi kimi qiymətləndirib.

Görüş zamanı Azərbaycanda fikir, söz və məlumat azadlıqlarının, siyasi plüralizm prinsiplərinin həyata keçirilməsinin təmin olunması sahəsində xeyli işlərin görüldüyü qonaqların diqqətinə çatdırılmaqla digər maraq kəsb edən məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iştirak edib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs