news Image
2016.06.16
21:00
| A A A
İran səfiri Qarabağla Fələstini müqayisə etdi

"İranın Dağlıq Qarabağ münaqişəsində ikili mövqe tutduğunu düşünmürəm. Uzun illlərdir ki, bu məsələ ilə bağlı mövqeyimiz eyni olub. İran beynəlxalq təşkilatlarda daim Azərbaycanın yanında olub".

Movqe.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin deyib. Səfir bildirib ki, İran bütün ölkələrin ərazi bütövlüyünü, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir:

"İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Eyni zamanda, münaqişənin sülh yolu həll olunmasını dəstəkləyirik. İstəmirik ki, regionda bir daha müharibə alovlansın. Əslində bu regionun da xeyrinə deyil".

İranın Dağlıq Qarabağ və Fələstin münaqişlərinə fərqli yanaşması haqda fikirlərə gəlincə, Möhsün Pak Ayin qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi Fələstin probleminə bənzəmir: "İsrail rejiminin orada törətdiyi qırğınlar və insanlara verilən zülmlər Qarabağda baş verən hadisələrlə müqayisə olunmaz dərəcədə dəhşətlidir. Digər fərq isə ondan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ölkə rəhbərləri danışıqlar aparırlar. Biz ümid edirik ki, bu danışıqlar nəticə verəcək. Fələstin məsələsinin isə sülh yolu ilə həll olunacağına inanmırıq və belə bir perspektiv görmürük"-deyə səfir vurğulayıb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs