Əlaqə Arxiv
news Image
2016.06.16
21:30
| A A A
Rusiyaya qarşı sanksiyaların müddəti artırılır

Avropa İttifaqı Şurasının sədri Donald Tusk bəyan edib ki, Rusiyaya qarşı sanksiyaların müddəti artırılacaq.

Movqe.az TASS-a istinadən xəbər verir ki, bu barədə Şura sədri Finlandiyanın baş naziri Yoha Sipilya ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

"Hesab edirəm ki, vəziyyət aydındır və Avropa İttifaqının mövqeyi bundan ibarətdir ki, biz Rusiyaya qarşı sanksiyaları Minsk razılaşmalarının reallaşdırılması ilə əlaqələndirməliyik. Biz sanksiyaların müddətini artıracağıq. Düşünürəm ki, sanksiyaların müddətinin artırılması barədə qərar Şuranın iclasından əvvəl qəbul oluna bilər", - deyə Tusk vurğulayıb.



Sizin Reklam Yeriniz