news Image
2016.06.16
23:00
| A A A
İsrail hərbi kəşfiyyatı: chr("39")Ərəb baharı bizim üçün…chr("39")

2011-ci il ərəb baharı prosesi Tel-Əviv üçün daha təhlükəsiz şərait yaradıb. Movqe.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İsrail Hərbi Kəşfiyyatının rəhbəri Hertzi Halevi söyləyib. Onun sözlərinə görə, ərəb baharı İsrailə bir sıra üstünlüklər yaratmaqla yanaşı, yeni təhdidlər də formalaşdırıb:

"Holokost soyqırımından sonra biz özümüzü daima təhdidlə üz-üzü qalmış dövlət kimi hiss edirik. Ətrafımızdakı dövlətlər isə bizi güclü və təslim olmayan dövlət kimi görürlər. Biz digər qonşu ölkələrə baxdıqda daha yaxşı vəziyyətdəyik, amma yenə də onlarla əlaqələr qurmalıyıq".

O, indiyə qədər Hizbullah haqqında dünyanın ən çox informasiyasına İsrailin sahib olduğunu bildirib:

"İran Hizbullah, HƏMAS-ın büdcəsinin 60%-ni ödəyir. İranın əsas rəqibi olan Səudiyyə Ərəbistanı çox güclənib və sünniləri təmsil etmə səviyyəsinə çatıb. Səudiyyə Ərəbistanı artıq il yarım öncə gördüyümüz ölkə deyil".


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs