news Image
2016.06.17
09:15
| A A A
Ermənilər işğal altındakı ərazilərdə hərbi xidmətdən imtina edir
Tofiq Abbasov: “Ermənistan vətəndaşları anlayıblar ki, Qarabağ problemi bütövlükdə ölkənin həyatını alt-üst edib” Tərlan Eyvazov: “Orduya inamsızlıq fərarlik hallarını artırıb”

Ermənistan vətəndaşları Qarabağdakı hərbi hissələrdə xidmətdən imtina edirlər. Elə bu günlərdə Qarabağda hərbi xidmət keçən Vartan Balyan, Sevak Ayrapetyan, Mxitar Akopyan, Kamo Kazaryan, Vitali və Andranik Bəyləryanlar, Ermənistan vətəndaşları olmalarını əsas gətirərək Qarabağda xidmət etmək istəmədiklərini bildirib və komandirlərin əmrlərini icra etməkdən qəti surətdə boyun qaçırıblar. Bu səbəbdən də Sünik vilayətinin ümumi yurisdiksiya məhkəməsində hərbi hissə və batalyon komandirlərinin əmrlərinə tabe olmaqdan imtina edən həmin hərbi qulluqçulara qarşı cinayət işi açılıb.

Qeyd edək ki, oxşar vəziyyət Ermənistan ordusunda əvvəl də bir neçə dəfə yaşanıb. İnsanlar Qarabağda hərbi xidmət keçməkdən yayınmağa çalışırlar. Buna səbəb isə Qarabağı özlərinin torpağı hesab etməmələridir. Analitiklərin fikrincə, bu vəziyyət Ermənistanda idarəetmənin düzgün olmamasından yaranır ki, nəticədə düşmən ordusunun bir qədər də zəifləməsi qaçılmaz görünür.

Politoloq Tofiq Abbasov bildirdi ki, belə vəziyyət Ermənistan ordusunda çoxdan yaşanır: "Güclə Qarabağa gətirilmiş Ermənistan vətəndaşları oradakı ağır həyat tərzindən, həm də hərbi-siyasi rejimdən beziblər. Ona görə də vaxtaşırı onların kütləvi etirazları olur. Bir neçə dəfə yerli Qarabağ hərbiçiləri ilə Ermənistandan gəlmiş hərbiçilər arasında toqquşmalar olub. Bu qarşıdurmada hətta odlu silahdan istifadə ediblər. Belə vəziyyət getdikcə adi hal almaqdadır. Səbəb də ondan ibarətdir ki, vətəndaşlar arasında ayrı-seçkiliyə yol verirlər.

İrəvanda hakimiyyətdə olan Qarabağ klanı öz resurslarından qənaətlə istifadə etməklə hərbi avantüralara Ermənistan ermənilərini qatır. Bu zəmində onların arasında kəskin münasibətlər yaranıb. Digər tərəfdən Ermənistan vətəndaşları anlayıblar ki, Qarabağ problemi bütövlükdə ölkənin həyatını alt-üst edib. İqtisaid, siyasi böhran getdikcə dərinləşir. Bunun qarşısını alınmasa, kollapsa gətirib çıxaracaq. Bütün hallarda Ermənistan Qarabağı Azərbaycana qaytarmalı olacaq. Onu da nəzərə alaq ki, etiraz edən tək Ermənistan vətəndaşları deyil. Ermənistana zorla gətirilmiş bir neçə suriyalı ailə də real vəziyyəti görüb yağışdan yağmura düşdüyünü anlayıblar və oranı tərk ediblər.

Bütün bunlar göstərir ki, Ermənistan dərin böhran içərisindədir. Buna baxmayaraq, Serj Sarkisyan hakimiyyəti işğalçılıq siyasətindən əl çəkmək fikrində deyil. İnsanları zorla hərbi xidmətə vadar edirlər. Könülsüz orduya cəlb edilmiş insanlar isə ya silahlarını qoyub qaçırlar, ya Azərbaycan tərəfə keçir, ya da müxtəlif yollarla ölkəni tərk edirlər. Bu, onu göstərir ki, Ermənistanın köklü kollapsı çox yaxındır. Bütün bu çanaq da Sarkisyan hakimiyyətinin başında çatlayacaq".

Hərbi məsələlər üzrə ekspert Tərlan Eyvazov bildirir ki, Ermənistanda problem tək orduda yaşanmır: "Bütövlükdə Ermənistan cəmiyyəti demoqrafik problem il üz-üzədir. Belə ki, doğum sayının azalması, yaşayış səviyyəsinin aşağı olması və ermənilərin tarixən digər ölkələrə köçməyə meylli olması bugünki vəziyyəti yaradıb. Ailənin 1 və ya 2 övladı varsa, onların da Qarabağda həlak olması Ermənistan cəmiyyətində böyük narahatçılığa səbəb olur.

1990-cı illərin əvvəllərində biz yaşadığımızı hazırda Ermənistan cəmiyyəti yaşayır. Qarabağda imkansız ailələrin uşaqları xidmət keçir. Bu da Ermənistan cəmiyyətində gərginliyə səbəb olur. Düşünürlər ki, onlar öz vətənlərində xidmət etməlidirlər. Nəzərə alaq ki, Qarabağa Ermənistandan hərbi xidmətə göndərilənlər olur. Bütün bunlar narazılıqların daha da şiddətlənməsinə yol açır. Aprel döyüşləri isə gərginliyə bir qədər də stimul vermiş oldu. Hakimiyyət əvvəllər öz əhalisini sakitləşdirə bilirdi. Ancaq aprel döyüşlərindən sonra Ermənistan cəmiyyətində böyük ümidsizlik yarandı. Bu da cəmiyyətdə gərinliyin artımına təkan oldu.

Orduya inamsızlıq fərarlik hallarını artırıb. Vəziyyət getdikcə gərginləşən xətt üzrə davam edəcək. Çünki, Azərbaycanın apardığı uğurlu siyasət Ermənistan hakimiyyətinin cəmiyyətdə yaratdığı mifi dağıtdı. Ona görə də insanlar hər şeyi başa düşürlər, orduda xidmət etmək istəmirlər".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs