news Image
2016.06.17
13:26
| A A A
Prezident İlham Əliyev AŞPA-nın Azərbaycanda insan haqları üzrə məruzəçisini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev Belçika Krallığının senatoru, AŞPA-nın Hüquqi İşlər və Demokratiya üzrə Komitəsinin sədri, Azərbaycanda insan haqları üzrə məruzəçi Alen Desteksi qəbul edib.

 

Movqe.az-ın məlumatına görə, senator A. Desteks Formula -1 yarışlarının başlanması münasibətilə təbriklərini çatdırıb.

 

Dünyada Formula-1 yarışına marağın getdikcə artdığını vurğulayan qonaq ölkəsində də Qran-Pri yarışlarının keçiriləcəyini deyib. A. Desteks 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə keçiriləcək təkrar seçkiləri müşahidə etmək üçün ölkəmizə səfər etdiyini vurğulayıb.

 

Bakının Formula-1 xəritəsində yeni şəhər olduğunu deyən dövlət başçısı yarışların gələn qonaqlarda maraq doğuracağına, onların ölkəmizlə yaxından tanış olmaları, Azərbaycanda gedən inkişaf prosesləri ilə bağlı dolğun informasiyaların əldə edilməsi baxımından tədbirin yaxşı imkan yaradacağına ümidvar olduğunu bildirib.

 

Görüşdə Azərbaycanla Avropa Şurası arasında əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs