news Image
2016.06.18
16:30
| A A A
Cəbhəboyu rayonlarda 14 partlayış yeri yoxlanılıb (FOTO)

Bu gün cəbhəboyu rayonlarda 14 partlayış yeri yoxlanılıb, 2 ədəd PHS aşkar olunub.


Bu barədə Movqe..az-a  Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.


Tərtər rayonu


Cəmilli kəndi – 1 əkin sahəsində 6 partlayış yerinə baxış keçirilib, 2 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar edilərək götürülüb, nəticə etibarilə 8000 kv.m ərazi yoxlanılıb.


Şıxarx kəndi – 1 ev və həyətyanı sahədə, 1 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib, nəticə etibarilə 9000 kv.m ərazi yoxlanılıb.


Ağdam rayonu


Zəngişalı kəndi – 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib, nəticə etibarilə 4000 kv.m ərazi yoxlanılıb.


Qaradağlı kəndi – 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib, nəticə etibarilə 2000 kv.m ərazi yoxlanılıb.


Mahrızlı kəndi – 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib, nəticə etibarilə 6000 kv.m ərazi yoxlanılıb.


Füzuli rayonu


Horadiz şəhəri – 4 əkin sahəsində 4 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib, nəticə etibarilə 2870 kv.m ərazi yoxlanılıb.


İyunun 18-də 1 ev və həyətyanı sahə, 8 əkin sahəsi, 14 partlayış yeri yoxlanılıb, 2 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar olunaraq götürülüb və gün ərzində 31 870 kv.m ərazi təmizlənib.


Ümumilikdə ANAMA tərəfindən 7 aprel – 18 iyun 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 616 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 22 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 536 ədəd partlamamış hərbi sursat, 14 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə POMZ-2 və 8 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs