Əlaqə Arxiv
news Image
2016.06.19
09:00
| A A A
MSK sədri: Seçkilər baş tutmuş hesab edilə bilər

90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilər baş tutmuş hesab edilə bilər. Movqe.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçkinin yekunlarına dair mətbuat konfransında deyib.

O bildirib ki, seçkiləri 740-dan artıq yerli və beynəlxalq müşahidəçi izləyib. M.Pənahov seçkilərlə bağlı hər hansı şikayətin daxil olmadığını bildirib.

Onun sözlərinə görə, Avropa Şurası Parlament Assambleyasının müşahidəçiləri də seçkinin şəffaf keçirildiyini bildiriblər.

Sizin Reklam Yeriniz