Əlaqə Arxiv
news Image
2016.06.19
18:30
| A A A
AB Rusiyaya sanksiyaları 1 il uzatdı

Avropa Birliyi (AB), Krımın və Sivastopolun ilhaqına görə, Rusiyaya tətbiq etdiyi sanksiyaların müddətini bir il uzatmağa qərar verib.

AB Şurasından edilən yazılı açıqlamada, AB-nin Rusiyanın Krım və Sivastopolu qeyri-qanuni ilhaqı üçün tətbiq etməkdə olduğu demarkasiya tədbirlərinin 23 İyun 2017-ci ilə qədər uzadıldığı bildirilib.

Uzadılan sanksiyalara görə, AB vətəndaşları və şirkətlərinin Krım və Sivastopol bölgələrindəki fəaliyyətləri məhdudlaşdırır.

AB-nə Krım və Sivastopoldan məhsul idxalına icazə verilmir. Heç bir AB vətəndaşı və ya AB şirkəti, Krım və Sivastopoldan əmlak ala bilməz. Bu rayonlardakı şirkətlərə maliyyə də ayıra bilməzlər. Avropanın turist sərnişin gəmiləri Krım və Sivastopoldaki limanlara təcili vəziyyətlər xaricində qalmırlar.


Krım bölgəsinə nəqliyyat, telekommunikasiya və enerji sektorlarında istifadə ediləcək bəzi mal və texnologiyalar ixrac edilmir. Xüsusilə neft, qaz və mədən axtarışı və istehsalına dair texnologiya ilə təmin olunması əngəllənir. Bu sektorlara, texniki dəstək, tikinti və mühəndislik fəaliyyətləri göstərilmir.


Rusiya, 18 Mart 2014-cü il tarixində Krım Muxtar Respublikanı və Sivastopol şəhərini qeyri-qanuni şəkildə ilhaq etmişdi.


Krımın Rusiya tərəfindən ilhaq edilməsi və Ukraynanın şərqində çıxan hadisələrdən sonra Avropa Birliyi, ABŞ və digər ölkələr Rusiyaya iqtisadi sanksiyalar tətbiq etməyə başlamışdı.

Sizin Reklam Yeriniz