Əlaqə Arxiv
news Image
2016.06.19
21:30
| A A A
İranla Ermənistan arasında iki mühüm razılıq

Ermənistan və İran Müdafiə Nazirliyi arasında əməkdaşlıq barədə razılıq əldə olunub. ANS PRESS-in məlumatına görə, İrəvan Tehranla hərbi əməkdaşlıqdan başqa viza rejimini də ləğv edib.


İyunun 14-dən 17-dək İranda səfərdə olmuş Ermənistan müdafiə nazirinin müavini Movses Akopyanın nümayəndə heyəti İranın müdafiə naziri Hüseyn Dehqani ilə görüşüb.


Tərəflər müdafiə sahəsində Ermənistan-İran əməkdaşlığının inkişaf perspektivlərini müzakirə ediblər.


Görüşün sonunda bir sıra razılıqlar əldə olunub, anlaşma memorandumu imzalanıb.


Ermənistan nümayəndə heyəti İranın hərbi avadanlıqlar istehsal edən zavoduna da baş çəkib.


Bundan başqa, Ermənistan parlamentinin növbədənkənar sessisyasında İranla viza rejiminin ləğvini rhtiva edən razılaşma təsdiqlənib.



Sənədə əsasən, Ermənistan və İran İslam Respublikasının vətəndaşları viza almadan bir ölkədən digərinə səfər edə və 90 gündən 180 günədək o biri ölkənin ərazisində qala biləcəklər.


Xatırladaq ki, iyunun 5-də Tehranda İran və Ermənistan arasında viza rejiminin ləğvinə dair razılaşma imzalanmışdı.


İran və Ermənistan tərəfi ümid etdiklərini bildiriblər ki, razılaşma gələcəkdə iki ölkə arasında iqtisadi, ticarət və başqa əlaqələrin "güclənməsi və tənzimlənməsinə" xidmət edəcək.

Sizin Reklam Yeriniz