news Image
2016.06.19
22:30
| A A A
Ruslar Kadırov körpüsünə etiraz banneri asdılar

Peterburqda Çeçenistanın keçmiş prezidenti Əhməd Kadırovun adı verilən körpüdə onun "Nə qədər bacarırsız, o qədər rus öldürün" sözləri yazılmış banner asılıb.

Xaırladaq ki, bir neçə gün əvvəl Sankt-Peterburq qubernatoru Georgi Poltavcenko körpüyə Kadırovun adının verilməsi ilə bağlı sərəncam imzalamışdı.

Peterburq prokurorluğu bannerlə bağlı araşdırmaya başlayıb. Prokurorluq hesab edir ki, bu aksiya milli münasibətləri qızışdırmağa xidmət edir.

Şəhər sakinləri isə bu sərəncamla razı deyilər. Sərəncamın əleyhinə olan petisiyanı 90 mindən çox adam imzalayıb.

İyunun 18-də şəhər administrasiyasının qarşısında buna etiraz aksiyası da keçirilib.(azadliq.org)


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs