Əlaqə Arxiv
news Image
2016.06.20
16:50
| A A A
Qazaxıstan XİN Aktobedəki terroru İŞİD liderinin çağırışı ilə əlaqələndirib

"Aktobe şəhərindəki terror aktı İŞİD liderinin Ramazan öncəsi bütün dünyada zorakılıq aktları törətməklə bağlı çağırışından sonra baş verib.

 

Movqe.az-ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Qazaxıstanın xarici işlər naziri Yerlan İdrisov deyib. O bildirib ki, İŞİD-in liderlərindən olduğu deyilən Adnani soyadlı şəxs internet vasitəsilə öz tərəfdarlarını bütün dünyada terror aktları törətməyə çağırıb.

 

Abu Muhammad əl-Adnani adlı şəxs İŞİD-in "rəsmi nümayəndəsi"dir. Onun islam dini ilə bağlı vacib günlərdə audio yazıları yayılır.

 

Xatırladaq ki, iyunun 5-də Qazaxıstanın Aktobe şəhərində 2 silah mağazasına və hərbi hissəyə hücum təşkil edilib. Hadisə zamanı 3 dinc sakin və 3 hərbçi ölüb. 

Sizin Reklam Yeriniz