Əlaqə Arxiv
news Image
2016.06.21
16:35
| A A A
Azərbaycanın Böyük Vətən Müharibəsi veteranları Putinə müraciət göndəriblər

Böyük Vətən Müharibəsinin azərbaycanlı veteranları Rusiya prezidentinə bir neçə gün əvvəl İrəvanda abidəsi ucaldılmış cəllad Qaregin Ter-Arutyunyanla (Njde) bağlı müraciət ünvanlayıblar.

Movqe.az xəbər verir ki, müraciəti imzalamış veteranlar nasizmin yayılmasına qarşı mübarizə aparan beynəlxalq birliyin, o cümlədən Rusiyanın Ermənistanın faşizmi dirçəltmək və Üçüncü Reyxin əlaltılarını qəhrəmana çevirmək cəhdlərinə qarşı çıxmalı olduqlarını diqqətə çatdırıblar:


"Ermənistan paytaxtında faşist generalı, Hitlerin yaxın çevrəsinə daxil olan, erməni quldur legionunun yaradıcısı general Njde kimi tanınan Qaregin Ter-Arutyunyana abidə ucaldılıb.


Beləliklə, Ermənistan Hitler nasizminin əlaltılarını qəhrəmana çevirmək cəhdlərini davam etdirir. İrəvan və dünya erməniliyi Hitlerin və Himlerin əlaltıları olan generallar Njde ilə Dronun (Drastamat Kananyan) təmizə çıxarılmaları üçün bütün imkanlarından istifadə edir".


Müraciət müəllifləri adları çəkilən erməni faşist generallarının törətdikləri cinayətlər haqqında da bəhs ediblər:


"Qısa olaraq bildiririk ki, Ukrayna və Polşada on minlərlə insanın öldürülməsi, Hitler konslagerlərində kütləvi qətllər, yəhudilərə və nasist ideologiyasına uyğun gəlməyən digər xalqlara qarşı törədilmiş cinayətlər Ermənistanın bu "milli qəhrəmanları"nın vicdanındadır".


Azərbaycanlı veteranlar ermənilərin sözügedən erməni-faşist cəlladlarının qəhrəman kimi təqdim olunmasında  Rusiyanın resurslarından gen-bol istifadə etdiklərini V.Putinə narazılıqla bildiriblər:


"Siz Böyük Vətən Müharibəsinin nəticələrinin yenidən yazılması və təhrif edilməsinin yolverilməz olduğunu qeyd etmisiniz.


Məhz 2015-ci il dekabrın 17-də Rusiyanın təşəbbüsü ilə BMT Baş Assambleyasında "Nasizmin qəhrəmanlaşdırılmasına, neonasizmə, müasir formada irqi diskriminasiyanın, ksenofobiyanın və onunla əlaqədar dözümsüzlüyün gücləndirilməsiə qarşı mübarizə" adlı 70/139 saylı qətnamə qəbul edilib.


Biz cəmi bir neçə həftə əvvəl faşizm üzərində qələbənin 71-ci ildönümünü qeyd etdik. SSRİ-dəki xalqların birgəliyi sayəsində əldə olunan bu qələbə tarixə qızıl hərflərlə düşüb. Rus və digər xalqlarla çiyin-çiyinə döyüşən 700 min həmvətənimizdən yarısı qəhrəmanlıqla həlak olub, Azərbaycanın 130 nümayəndəsi Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.


Biz əminik ki, Böyük Vətən Müharibəsi qurbanlarının işıqlı xatərisinə sadiq olaraq, biz yenə də Ermənistanın faşist ideologiyasının şəxsində ümumi şərə qarşı çübarizədə səylərimizi birləşdirəcəyik"

Sizin Reklam Yeriniz