Əlaqə Arxiv
news Image
2016.06.22
11:22
| A A A
Azərbaycan - Avropa İttifaqı çərçivə sazişi Avropa Parlamentində müzakirə olunacaq

Azərbaycan-Avropa İttifaqı çərçivə sazişi Avropa Parlamentinin iclasının gündəliyinə salınıb.

 

Movqe.az-ın qurumun saytına istinadən verdiyi xəbərə görə, iyulun 4-dən 7-dək Strasburqda Avropa Parlamentinin növbəti plenar sessiyası keçiriləcək.

 

Avropa İttifaqı-Azərbaycan çərçivə sazişi iyulun 6-da müzakirə olunacaq.

 

Qeyd edək ki, rumıniyalı parlamentar Nikolai Norikanın müəllifi olduğu "Aİ-Azərbaycan çərçivə sazişi: Azərbaycanın Aİ proqramlarında iştirakı ilə bağlı əsas prinsiplər" adlı sənəd iyunun 16-da plenar sessiyada müzakirə olunması üçün Xarici Əlaqələr Komitəsində oxunuşdan keçib.

Sizin Reklam Yeriniz