Əlaqə Arxiv
news Image
2016.06.22
14:45
| A A A
"Gürcüstanın NATO-ya üzvlüyü uzunmüddətli prosesdir"

"Gürcüstan NATO üzvlüyünə dair məqsədinə sadiqdir, lakin buna uzun müddət lazım olacaq".


Movqe.az RİA Novosti-yə isitinadən xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Tedo Caparidze deyib.


O bildirib ki, ölkənin məqsədi dəyişməyib: "Biz NATO-nun üzvü olmalıyıq. Eyni zamanda biz buna obyektiv, real baxırıq və anlayırıq ki, bu, uzunmüddətli prosesdir. Gürcüstan NATO üzvü olacaq, amma biz demirik ki, bu, sabah, birigün olmalıdır. Bunun ücün bir çox illər lazım ola bilər".


T.Caparidze deyib ki, Gürcüstan üçün məqsədə aparan prosesin özü əhəmiyyət təşkil edir və bu yol islahatlarla, demokratik proseslərin gücləndirilməsi, iqtisadiyyatin inkişafı ilə əlaqəlidir.


Deputat qeyd edib ki, NATO-nun qarşıdakı Varşava sammitində Gürcüstan bu təşkilatın üzvlüyünə dair fəaliyyət planını almayacaq və bu, prinsip etibarilə əhəmiyyətli deyil.

Sizin Reklam Yeriniz