Əlaqə Arxiv
news Image
2016.06.22
16:05
| A A A
AŞ Nazirlər Komitəsinin sədri: “Münaqişələrin həllini daim diqqətdə saxlamalıyıq”

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının plenar iclasında hazırda AŞ Nazirlər Komitəsinə sədrlik edən Estoniyanın baş naziri Taavi Roivas çıxış edib.

 

Movqe.az-ın  xəbərinə görə, daha sonra o, assambleya üzvlərinin suallarını cavablandırıb.

 

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva həlli uzanan münaqişələrlə bağlı sual ünvanlayıb: "Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya, Dnestryanı münaqişələr uzun illərdir həllini tapmır. Bunun əsas səbəblərindən biri beynəlxalq təşkilatların bu münaqişələrlə bağlı qəbul etdiyi qərarların indiyədək yerinə yetirilməməsidir. BMT Təhlükəsizlik Şurası, AŞPA-nın qəbul etdiyi qərarlar kağız üzərində qalıb və həyata keçirilmir. Sizcə bu qərarların yerinə yetirilməsi üçün daha nələr edilməlidir, hansı mexanizmlərə əl atılmalıdır? Sizin Nazirlər Komitəsinə sədrliyiniz dövründə bu məsələ, eyni zamanda münaqişələrin həlli diqqət mərkəzinizdə olacaqmı?"

 

T. Roivas cavabında münaqişələrin daim diqqətdə saxlanılması və onlar üzərində işlərin davam etdirilməsini zəruri saydığını bildirib: "Biz bu məsələni əvvəllər müzakirə etmişik. Əgər biz hansısa qətnamə qəbul etmişik və razılıq əldə etmişiksə, indi bu razılıqlara əməl edərək onların üzərində işləməliyik. Əminəm ki, hazırkı məqamda bu məsələlərin hər hansı möcüzəli həlli yolu yoxdur. Biz sadəcə, əvvəllər əldə etdiyimiz razılıqlara əməl etməliyik və bu, fikrimcə, hazırda ən yaxşı variantdır, məsələyə yararlı bir yanaşmadır. Hamımız istəyərdik ki, bütün münaqişələr dayandırılsın və hesab edirəm ki, parlamentarların edə biləcəyi işlərdən biri bu kimi məsələləri, onların həlli yolları tapılana kimi, daim gündəlikdə saxlamaq və onlar üzərində işləri davam etdirməkdir. Çünki parlamentarlar əslində təsir etmək gücünə malikdirlər və siz - burada təmsil olunan bütün ölkələrin millət vəkilləri - bundan çox yaxşı formada yararlana bilərsiniz"./apa/

Sizin Reklam Yeriniz