Əlaqə Arxiv
news Image
2016.06.22
16:17
| A A A
Politoloq: “Mərhələli həll variantı Azərbaycana sərf edir – amma ehtiyatlı olmalıyıq”

Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşünün Qarabağ münaqişəsinin hərbi yolla həlli ehtimalını ortadan qaldırmadığı bildirilir.


Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev ilə Serj Sərkisyanın iki gün əvvəl Rusiya dövlət başçısı Vladimir Putinin iştirakı ilə Sankt-Peterburqda apardıqları danışıqları Movqe.az xəbər verir ki, gün.az-a şərh edən politoloq Qabil Hüseynli tərəflərin münaqişənin mərhələli həll variantı üzrə nizamlanmasında razılığa gəlmələrini müsbət cəhət kimi qiymətləndirib.


Bununla belə, politoloq hesab edir ki, Azərbaycan bütün hallarda ehtiyatlı davranmalı və proseslərin gözlənilməz məcrada inkişafına hazır olmalıdır:


"Bəli, prezidentlərin son görüşündə Qarabağ münaqişəsinin həllində mərhələli həll variantına razılıq verilməsi müsbət haldır və Azərbaycanın istəklərinə uyğundur.


Lakin bu variantın da Azərbaycan üçün müəyyən dərəcədə məqbul olmayan cəhətləri var. O baxımdan, rəsmi Bakı heç bir halda ehtiyatı əldən verməməlidir.


Mən bu sırada Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi üçün keçirilməsi ehtimal olunan referendumu və Rusiyanın ciddi-cəhdlə öz qoşunlarını münaqişə zonasında yerləşdirmək niyyətini nəzərdə tuturam.


Azərbaycan bu məsələlərdə çox həssas və ehtiyatlı davranmalıdır".


Q.Hüseynli hesab edir ki, Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşündə müəyyən razılığa gəlinməsinə baxmayaraq, bu, Qarabağ münaqişəsinin hərbi yolla həlli ehtimalını qətiyyən arxa plana keçirmir:


"Mən o fikirdə deyiləm ki, dövlət başçılarının son görüşündən sonra münaqişənin həllində hərbi yol variantı aradan qalxıb. Əksinə, hərbi amilin aktuallığı daha da artıb.


Ona görə də, Azərbaycan özünün hərbi qüdrətinin artırılması istiqamətində həyata keçirdiyi tədbirləri daha da genişləndirməlidir".

 

Sizin Reklam Yeriniz