Əlaqə Arxiv
news Image
2016.06.22
16:24
| A A A
Ərdoğanın baş müşaviri: “Rusiya Azərbaycanın haqq etdiyi addımı atarsa, bütün Türk-İslam dünyasında nüfuz qazanmış olacaq”

Dağlıq Qarabağ münaqişəsi üzrə keçirilmiş Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşü çox önəmli bir addımdır.


Çünki biz millət olaraq sülh, barış tərəfdarıyıq.


Movqe.az xəbər verir ki, bunu  gün.az-a müsahibəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Yalçın Topçu deyib.


Onun sözlərinə görə, bu gün Ermənistan təcavüzkar, işğalçı bir durumdadır:


"Bunu bütün dünya, beynəlxalq təşkilatlar- BMT, ATƏT-in Minsk qrupu da bilir. Artıq dünya bilir ki, Qarabağ qədim türk torpaqları- Azərbaycan torpaqlarıdır. Ermənistan bölgədə qətliam həyata keçirmiş bir ölkədir.


Yəni Xocalı soyqırımını bütün dünyanın gözünə baxa-baxa XXI əsrin əvvəllərində törətdilər. Bütün bunların da bədəlini ödəməlidir. Amma hətta bu nöqtədə də Azərbaycan sülhə bu qədər yaxındır. Dövlət başçısı İlham Əliyev dünyanın ən önəmli liderlərdindən birdir.


O bölgədə sülh istəyir və bunu israrla söyləyir. Amma bütün bunların nəticəsində təbii ki, öz torpaqlarını müdafiə edəcək. Mən inanıram ki, Rusiya Azərbaycan dövlətinin böyüklüyünü görüb, anlayacaq.


Ən azından Ermənistana dəstək verməyəcək. Çünki onsuz da  Rusiyanın dəstəyi olmasa, Azərbaycan üçün Qarabağ münaqişəsi gunortaya qədər həll olunacaq bir məsələdir. Yəni səhər döyüşə başlasa, artıq günorta saatlarında torpaqlarını geri alar".


Yalçın Topçu əlavə edib ki, əgər Rusiya o bölgədə barış istəyirsə, Azərbaycan dövləti kimi böyük bir dövləti nəzərdən qaçırmamalı, biganə qalmamalıdır:


"Ümid edirəm ki, bu görüşlər Qarabağda sülhün, barışın, haqqın geriyə qaytarılmasına bir vasitə olacaq. Əgər Rusiya bu nöqtədə Azərbaycanın haqq etdiyi (layiq olduğu) addımı atarsa, bütün Türk-İslam dünyasının qarşısında da çox önəmli bir nüfuz qazanmış olacaq.


Rusiya və rus xalqı Qarabağ məsələsində adil davranarsa, 1 milyard 700 milyon insana mesaj vermiş olacaq.  Azərbaycan torpaqları 23 ildir ki, erməni təcavüzünə uğramış və işğal edilmişdir. Rusiya bu mənada böyük dövlət olmasının vacibliyini ortaya qoyacaq və adil davranacaq, Ermənistana dəstək verməyəcək.


Bu vasitə ilə həm də o, böyük dövlət olan Azərbaycan dövləti və millətinin etimadını qazanmış olacaq. Eyni zamanda da, bütün türk, İslam dünyasında nüfuz sahibinə malik olacaq".

Sizin Reklam Yeriniz