news Image
2016.06.23
09:50
| A A A
Satılan ölkə
“Chatham House” Ermənistanla bağıl maraqlı məqamlar açıqladı

Satan satıb, yeyən yeyib, vay yerdə qalanın hayına. Xalq məsəllərindən gətirilmiş bu sitat eynən erməni xalqının bugünkü halını təsvir edir. Xalqı "böyük Ermənistan" xülyası ilə yuxuya verən rəhbər erməni məmurları, millərçiləri, habelə öz məqsədləri naminə onlardan oyuncaq kimi istifadə edənlər ölkədə olan-qalan nə varsa hamısını satıb əvəzində dollar və "molodes" alıblar. Dollar bu gün var sabah yox, "molodes"lə də doymaq olmur. Amma erməni oliqarx və mafiyası hələ də bunu anlamaq istəmir. Təbii ki, bu, onların öz işləridir. Amma iş bundadır ki, Azərbaycanın Qarabağ zonasının dağlıq hissəsində yaşayan və erməni millətinə aid edilən vətəndaşları arasında da bu olaylardan əzab çəkənlər çoxdur.

Bu günlərdə Böyük Britaniyanın tanınmış analitik mərkəzi "Chatham House" növbəti illik məruzəsini dərc edib. Məruzədə Rusiya və Qafqaz regionu barədə qeydlər də yer alıb.

Bizim üçün maraqlı olan məqam Rusiyanın Cənubi Qafqazda və Orta Asiyada təsirinin zəifləməsi haqda bənddir ki, burada da Ermənistanın adı hallandırılır. Bildirilir ki, Serj Sərkisyanın prezident seçildiyi 2008-ci ilə qədər artıq ölkənin böyük hissəsi sələfi Robert Köçəryan tərəfindən Rusiyaya satılmışdı. Məruzədəki mühüm açıqlama isə Ermənistanın ölüm-qalım məsələsidir: "Ermənistan iqtisadi cəhətdən Rusiyaya təslim edilib ki, bu da onun müstəqilliyinə təhdiddir".

Müəlliflər belə nəticəyə gəliblər ki: "Rusiyanın Ermənistana təsiri o dərəcədə böyükdür ki, müstəqilliyə təhdid ölkə üçün bir nömrəli narahatlıq olmalıdır. Halbuki, Ermənistan heç bir narahatlıq nümayiş etdirmir, hər halda üzdə belədir".

Qeyd etmək yerinə düşər ki, xaricilər Ermənistanı o tərəf bu tərəfə çevirib nə qədər təhlil etsələr də bu ölkəni və onun sakinlərini bizim qədər tanıya bilməzlər. Buna görə də inamla deyirik ki, vətənin müstəqilliyi erməninin heç vaxt vecinə olmayıb. Çünki onun vətəni yoxdur. Tarixdən məlumdur ki, ermənilər hansı torpaq sahəsini ələ keçiriblərsə, oranı da vətənləri sayıblar. Onlar üçün nə fərqi, ölkələri müstəqildir, yoxsa yox, təki oğurlamağa nə isə olsun.

Artıq 13 ildir ki, Ermənistanın enerji bazarının yüyəni Rusiyanın əlindədir, hansı tərəfə istəyir, o istiqamətdə "atını çapır". "Chatham House"un məruzəsində Köçəryanın prezidentliyi dövründə ölkənin Rusiya tərəfindən satın alınması prosesinin böyük hissəsinin başa çatdığı vurğulanır. Amma məruzənin bir yerində işini siyasi aludəçiliyinə qurban verən mərkəz səhv də buraxmağı özünə rəva görür. Məruzədə yazıldığına görə guya Sarkisyan Köçəryana münasibətdə daha az rusiyayönümlüdür. Şərhçilərin uzaqda yaşaması öz sözünü deyir. Onlar anlamırlar ki, Sarkisyan hakimiyyətə gələndən sonra ölkədə satılası bir şey qalmadığı təəssüratını yaradaraq yerdə qalanı öz cibinə doldurur. Təbii ki, Rusiyaya "bəli, baş üstə" deyərək.

Mərkəzin analitikləri məruzədə Dağlıq Qarabağa ayırdıqları bölmədə yazıblar ki, Rusiyanın bu məsələdə mövqeyi son dövrlər dəyişib. Bəli, bu məsələdə onlar haqlıdırlar. Rusiyanın mövqeyi Ermənistan üçün həmişə əsasdır. Nə etmək olar, forpostların taleyi bu cür yazılıb. Bu yolu da Ermənistan özü süçib. Necə deyərlər, "özü yıxılan ağlamaz".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs