Əlaqə Arxiv
news Image
2016.06.23
12:10
| A A A
"Nalbandyan bəyəm mənimlə üzbəüz oturmamışdı?" — Novruz Məmmədov

Azərbaycan Prezdent Administrasiyası Ermənistan XİN-in yalanını ifşa edib. Movqe.az xəbər verir ki, Azərbaycan Prezident Administrasiyasının rəsmisi Novruz Məmmədov Ermənistanın xarici işlər naziri Edvard Nalbəbdyanı yalan söyləməkdə ittiham edib. "Nalbəndyan həmişəki kimi öz ampluasında qalır. O, Qarabağ münaqişəsinin həlli yolundakı mərhələli variantı paket variantı kimi təqdim etdi. Görəsən o, görüşdə iştirak edən digər siyasətçilərdən bu yalanına görə utanacaqmı? Mənim görüşdə iştirak edib-etməməyimə gəlincə, bəyəm Nalbəndyan mənimlə üz-üzə oturmamışdımı? Cənab nazir, yalan var, yalan var. Bu lap ağ yalan oldu", - deyə Novruz Məmmədov "Facebook" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Xatırladaq ki, dünən Novuz Məmmədov Qarabağ münaqişəsinin mərhələli şəkildə həllinə dair razılaşma əldə olunduğunu bildirsə də, Ermənistanın XİN başçısı Edvard Nalbəndyan bu məlumatı təkzib etmişdi.


Sizin Reklam Yeriniz