Əlaqə Arxiv
news Image
2016.06.23
21:00
| A A A
Azərbaycan konsulluğunun qarşısında partlayış

Bu gün iyunun 23-də Rusiyanın Yekatrinbuq şəhərində Azərbaycan konsulluğunun qarşısında eşidilən partlayış səsi təşvişə səbəb olub. Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, güclü partlayış səsi həmin vaxt küçədən keçən trolleybusdan eşidilib. Trolleybusun sərnişinləri təşviş içində onu tərk ediblər, yaxınlıqdakı binanın sakinləri də qorxuya düşüb və küçəyə çıxıb.

Məlum olub ki, partlayış səsi trolleybusdakı hava balonunun partlaması nəticəsində eşidilib. Trolleybusun sürücüsü sərnişinləri sakitləşdirməyə çalışıb, heç kimin xəsarət almadığı bildirilir.


Sizin Reklam Yeriniz