Əlaqə Arxiv
news Image
2016.06.24
07:00
| A A A
Erməni separatçıları geri çəkilir
Vazeh Əsgərov: “Prezidentlərin son görüşündən dərhal sonra Armen Gevorkyanın və Serj Sarkisyanın ard-arda Qarabağa səfər etmələri Ermənistan rəhbərliyinin xalqı əldə olunmuş razılığa hazırlamaq kimi də qiymətləndirilə bil Natiq Miri: “Sankt-Peterburqda mərhələli həll planının müzakirə olunması gizli məqam deyil”

Məlumdur ki, Ermənistan prezidenti Serj Sarksiyan Sank-Peterburq görüşündən dərhal sonra Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edib. Serj Sarkisyanın Xankəndi separatçılarının rəhbərliyi ilə görüşüb. Artıq iddialar səslənir ki, Sarkisyan işğal altındakı ərazilərin tədricən boşaldılması üçün məsələhətləşmələr aparıb. Bu isə, Qarabağ münaqişəsinin dinc müstəvidə həlli prosesinin başlanması anlamına gələ bilər ki, Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədovun da bu yöndə optimist açıqlaması oldu. Novruz Məmmədov bildirdi ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli ilə bağlı razılıq əldə olunub.


Politoloq Vazeh Əsgərov hesab edir ki, prezidentlərin Sankt-Peterburq görüşündən iki gün sonra Serj Sarkisyanın Qarabağa səfər etməsi və səfər çərçəvəsində mətbuata "işçi görüşü" mesajlarının verilməsi bu səfərin nə məqsəd daşıdığını qaranlıq saxlayır: "Xatırlatmaq yerinə düşər ki, Sankt-Peterburq görüşünün ertəsi günü Emənistan Milli Təhlükəsizlik Şurasının yeni təyin olunmuş katibi Armen Gevorkyan da Qarabağa səfər etdi və qondarma qurum rəhbəri Bako Saakiyanla görüşdü. Mətbuata verilən açıqlamada bildirilir ki, görüşdə Ermənistan və Qarabağ arasında "təhlükəsizlik məsələləri üzrə əməkdaşlıq" mövzusu müzakirə olunub. Eyni zamanda Ermənistan xarici işlər naziri Edvrad Nalbandyanın "prezidentlərin Sankt-Peterburq sammitində problemin tənzimlənməsinə dair hər hansı razılıq əldə olunmayıb" deməsi məsələləri açıq aşkar meydana qoyur.


Diqqət etsək, görərik ki, Ermənistan tərəfi Sankt-Peterburq görüşündə müzakirə olunmuş məsələləri ictimaiyyətə açıqlamağa tələsmir. Prezidentlərin son görüşündən dərhal sonra Armen Gevorkyanın və Serj Sarkisyanın ard-arda Qarabağa səfər etmələri Ermənistan rəhbərliyinin xalqı əldə olunmuş razılığa hazırlamaq kimi də qiymətləndirilə bilər". Siyasi şərhçi əlavə etdi ki, ermənilər aprel hadisəsindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin "danışıqlar xatirinə danışıq aparmayacayıq" mesajını da çox gözəl başa düşüblər.


Azərbaycan Milli Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri isə qeyd edir: "Sank-Peterburqda əldə olunan nəticələr haqqında Sarkisyanın qondarma qurumun rəhbərliyi ilə müəyyən məsləhətləşmələrinə də ehtiyacı var idi. Çünki, Dağlıq Qarabağdakı sepratçılar da ciddi narahatdırlar. O baxımdan səfər Sank-Peterburqda baş verənlərlə qondarma qurumu məlumatlandırmaq xarakteri daşıyır.


Sankt-Peterburqda mərhələli həll planının müzakirə olunması gizli məqam deyildi. Bu kontekstdə müzakirələr aparılıb və müəyyən məqamlar razılaşdırılıb. Ancaq buna rəğmən Edvard Nalbadyan ən azından bu yöndə olan danışıqları təkzib etdi. Bunun özü göstərir ki, Ermənistan istənilən an hansısa təxribatla yenidən danışıqlar prosesini poza bilər və pozma ehtimalı da çox böyükdür".

Sizin Reklam Yeriniz