news Image
2016.06.24
08:00
| A A A
İşğal altındakı ərazilər mərhələli şəkildə azad olunur
Mais Səfərli: “Mərhələli həllə bağlı razılıq təkcə Azərbaycan diplomatiyasının uğuru deyil, ilk növbədə hərbi gücümüzün, bütövlükdə dövlətimizin qüdrət göstəricisinin nəticəsidir”

Rəsmi Bakı ilk dəfə prezidentlərin Sankt-Peterburq görüşündə Dağlıq Qarabağ probleminin həllində tərəflərin razılığa gəldiyi məqamları açıqlayıb. Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov danışıb. Novruz Məmmədovun sözlərinə görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli ilə bağlı razılıq əldə olunub. "Bu görüş zamanı münaqişənin mərhələli həllinə üstünlük verildi. Yəni bundan sonra münaqişənin həllində mərhələli şəkildə irəliyə getmək lazımdır. Əvvəlcə Azərbaycanın 5 rayonunun azad olunması, ondan sonra 2 rayonun azad olunması və dəhlizin müəyyən edilməsi. Daha sonra Dağlıq Qarabağın statusunun müəyyən edilməsi. Bu istiqamətdə tərəflər prinsip etibari ilə razılığa gəldilər".

Yurddaş Partiyasının sədri Mais Səfərli bildirdi ki, Novruz Məmmədovun sözügedən açıqlaması Azərbaycan diplomatiyasının Sankt-Peterburq görüşündə əldə etdiyi böyük uğurunun nəticəsidir: "Novruz Məmmədovun həmin açıqlaması Azərbaycan üçün ciddi və əhəmiyyətli bir məlumat idi. Yəqin ki, danışıqlar barədə geniş şərh verilməməsilə bağlı razılıq əldə olunub. Amma erməni tərəfi həmişə olduğu kimi ənənələrinə sadiq qalaraq danışıqlar barədə müəyyən bəyanatlar verdi. Bu xüsusda əsasən də Ermənistanın xarici işlər naziri daha çox can-fəşanlıq edirdi. Təbii ki, Novruz Məmmədov da onun cavabını kəskin şəkildə verdi və açıq şəkildə Ermənistan tərəfinin artıq mərhələli həll məsələsilə razılaşdığını bildirdi.

Novruz Məmmədov əvvəla dövlət rəsmisidir, o, qeyri-dəqiq informasiya verə bilməz. Eyni zamanda bilirik ki, Novruz Məmmədov ciddi olmayan məsələ barədə danışmaz. Həmin məlumat təkcə Azərbaycan diplomatiyasının uğuru deyil, ilk növbədə hərbi gücümüzün, bütövlükdə dövlətimizin qüdrətinin nəticəsidir. Ermınilər bu günə qədər müəyyən manevr edir, bəzi aldadığı hərəkətlərə yol verirdilər. Amma indi onlar gördülər ki, vəziyyət ciddidir. Hətta Rusiya belə onlara kömək edə bilmir. Azərbaycan Ordusu böyük gücə malikdir, bu gücün qarşısında ermənilər öz dövlətçiliyini birdəfəlik itirə bilərlər. Rusiya da başa düşür ki, bu gün Azərbaycanla zarafat etmək olmaz. Əks halda Azərbaycan torpaqlarını azad etmək üçün hərbi müstəviyə keçərək Ermənistanı tamamilə darmadağın edəcək. Bu zaman isə Moskvanın İrəvana kömək etməsi mümkünsüz bir varinatdır. Ona görə də Rusiya müəyyən qədər Ermənistana təsir göstərə bildi. Əldə olunan bu diplomatik uğur Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa xidmətləri, onun xarici siyasəti və ordu quruculuğu istiqamətindəki ardıcıl fəaliyyəti nəticəsində mümkün olub. Düşünürəm ki, artıq prosesə start verilib və növbəti görüşlər olacaq. Hansı ki, həmin görüşlərdə də konkret məsələlər ətrafında danışıqlar aparılaraq, konkret də nəticələr əldə olunacaq".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs