Əlaqə Arxiv
news Image
2016.06.24
09:07
| A A A
Erməni silahlı bölmələri atəşkəsi 17 dəfə pozub

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 17 dəfə pozub.


Müdafiə Nazirliyindən Movqe.az-a verilən məlumata görə, Ermənistanın İcevan rayonunun Berkaber, Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Ağstafa rayonunun Köhnəqışlaq kəndlərində, Berd rayonunun Çinari, Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq, Əlibəyli və Ağdam kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.


Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Xocavənd və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Sizin Reklam Yeriniz