Əlaqə Arxiv
news Image
2016.06.24
16:00
| A A A
Britaniyanın Aİ-dən çıxması Azərbaycanla münasibətlərə necə təsir edəcək?

Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması Azərbaycanla Birləşmiş Krallıq arasında mövcud münasibətlərə heç bir təsir göstərməyəcək.


Movqe.az xəbər verir ki, bunu trend-ə Milli Məclisin deputatı Əli Məsimli deyib.


Ə.Məsimli bildirib ki, Azərbaycan-Britaniya münasibətlərinə Aİ-Böyük Britaniya münasibətləri kontekstindən baxmaq düzgün deyil:


"Əlbəttə, Böyük Britaniyanın Avropa İttifaqından çıxması məqsədəuyğun addım deyil. Böyük Britaniyanın Aİ-dən çıxmasının İttifaqa müəyyən mənfi təsirləri olsa da, Azərbaycanla münasibətlərə mənfi təsiri ola bilməz".


Deputat qeyd edib ki, Böyük Britaniya Azərbaycana ən böyük sərmayə qoyan ölkədir:


"Ancaq bu, Azərbaycan-Aİ əlaqələri kontekstində yox, Azərbaycan-Britaniya kontekstində baş tutub. Hesab edirəm ki, Azərbaycanın iri beynəlxalq layihələrində də Böyük Britaniyanın iştirakı göstərir ki, Aİ-Britaniya münasibətləri üzrə proseslərin hansı məcrada getməsindən asılı olmayaraq, Azərbaycan-Böyük Britaniya münasibətləri inkişaf edəcək, çünki onların qoyduğu sərmayə çoxdur. Bunun azalma yox, artma istiqamətində getməsi ehtimalı daha böyükdür".

Sizin Reklam Yeriniz