Əlaqə Arxiv
news Image
2016.06.24
16:16
| A A A
Elmar Məmmədyarov Pakistan səfiri ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Pakistan İslam Respublikasının Azərbaycandakı səfiri Xalid Usman Qayseri diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.


XİN-in mətbuat xidmətindən Movqe.az-a  verilən məlumata görə, görüşdə Azərbaycan və Pakistan arasında dostluq və tərəfdaşlığa əsaslanan ikitərəfli siyasi əlaqələrin yüksək inkişaf səviyyəsindən məmnunluq ifadə olundu. Ölkələrimiz arasında əlaqələrin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulandı. İqtisadiyyat, ticarət, kənd təsərrüfatı, nəqliyyat, turizm və müdafiə sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğu qeyd olunaraq, biznes forumları vasitəsilə iki ölkənin iş adamları arasında təmasların artırılmasına ehtiyac duyulduğu bildirildi.


Səfir 2016-cı ilin aprel hadisələri zamanı şücaət göstərmiş Azərbaycan şəhidlərinin ruhuna dua etdiyini, dost və qardaş ölkə olaraq Pakistanın Azərbaycanın uğurlarına sevindiyini və fəxarət hissi keçirdiyini bildirdi.


E.Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar beynəlxalq hüququn prinsiplərini və BMT Nizamnaməsini rəhbər tutaraq, Pakistanın Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsinin yüksək qiymətləndirildiyini qeyd etdi. Nazir müqəddəs Ramazan ayı münasibətilə qardaş Pakistan xalqını təbrik edərək ən xoş arzularını çatdırdı.


X.U.Qayser diplomatik fəaliyyətinin uğurla həyata keçirilməsi üçün ona göstərilən dəstəyə görə təşəkkürünü bildirdi.


Nazir səfirə iki ölkə arasında əlaqələrin inkişafına verdiyi töhfəsinə görə minnətdarlığını ifadə etdi və ona gələcək fəaliyyətində uğurlar arzuladı.

Sizin Reklam Yeriniz