news Image
2016.06.24
16:30
| A A A
Fransa qəzeti Əhmədiyyə Cəbrayılova həsr olunmuş abidənin açılışını geniş işıqlandırıb (FOTO)

Fransanın ən böyük regional mətbu orqanlarından olan "La Depeche du Midi" qəzeti Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşəbbüsü ilə Montoban şəhəri yaxınlığında İkinci Dünya müharibəsi illərində Fransa Müqavimət Hərəkatının əfsanəvi iştirakçısı Əhmədiyyə Cəbrayılovun və Maquis de Kabertatda Üçüncü Qusar Polkunun sıralarında döyüşmüş azərbaycanlı partizanların xatirəsini əbədiləşdirmək məqsədilə qoyulmuş xatirə abidəsinin açılmasına bir neçə məqalə həsr edib.


TEAS-dan Movqe.az-a  verilən məlumata görə, hələ 9 may 2016-cı il sayında Ə.Cəbrayılovun şərəfinə xatirə abidəsinin qoyulacağını xəbər verən "La Depeche du Midi" qəzeti daha sonra 19 iyun tarixli nömrəsində İkinci Dünya müharibəsində Fransa Müqavimət Hərəkatında fransız vətənpərvərlə çiyin-çiyinə vuruşan azərbaycanlıların xüsusi rolunu xatırladır.


22 iyun tarixli sayında qəzet Maquis de Kabertat partizan dəstəsində azərbaycanlıların rolunu xüsusi vurğulayıb. Məqalədə qeyd edilir: "Millətlərin həmrəyliyi, fərqliliklərə hörmət və yekdil sülh arzusu adı altında 20 iyun tarixində baş tutan və Maquis de Kabertat partizan dəstəsinə faşistlər tərəfindən hücumun 72-ci ildönümünə həsr olunmuş təsirli anım mərasimi xüsusi məna daşıyırdı. Bu dəfə diqqət Azərbaycana yönəlmişdi. Bu ölkə Fransa Müqavimət Hərəkatına bir çox döyüşçülər bəxş edib. Bu dəfə mərasim bu döyüşçülərdən ən tanınmışı, "Xarko" və "Ahmed Mişel" ləqəbləri ilə tanınan və 1944-cü ildə Maquis de Kabertat və daha sonra Üçüncü Qusar partizan dəstələrində vuruşmuş Əhmədiyyə Cəbrayılova həsr edilmişdi. Bir çox şahidlər onu azadlıq uğrundə qətiyyət və cəsarətlə vuruşan döyüşçü kimi təsvir edir".


Xatirə lövhəsinin açılışı mərasimi Azərbaycanın Fransadakı səfirliyinin mədəni məsələlər üzrə müşaviri Ayaz Qocayev və Avropa Azərbaycan Cəmiyyətinin Fransa ofisinin direktoru Mari-Letisiya Qurden və cəmiyyətin kommunikasiya məsələləri üzrə əməkdaşı Ülkər Müllerin iştirakı ilə baş tutub.


Bu təşəbbüsdən qürur hissi keçirdiyini deyən M.Qurden qeyd edib: "Burada əsas məqsəd Azərbaycan və Avropa ölkələri arasında körpü qurmaq missiyamızı əbədiləşdirməkdir. Təşkilatımızın qurduğu bu əlaqələr həm də sülh daşıyıcısıdır".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs