news Image
2016.06.25
13:00
| A A A
Şotlandiya Britaniyadan ayrıla bilər

Şotlandiyanın Böyük Britaniyadan ayrılması haqqında yenidən referendum keçirməsi ehtimalı böyükdür.


Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Şotlandiyanın birinci naziri xanım Nikola Stercen deyib.


Onun sözlərinə görə, britaniyalılar Avropa İttifaqından çıxmağın lehinə səs verdikdən sonra referendum məsələsi gündəmdə olmalıdır: "Şotlandiyanın öz iradəsi olmadan Aİ-nin tərkibindən çıxarılması demokratik baxımdan qəbul edilə bilməz".


Xatırladaq ki, iyunun 23-də keçirilən referendumda Böyük Britaniyada Aİ-dən çıxmağa (Brexit) səs verənlərin sayı çoxluq təşkil edib. Referendumda iştirak edənlərin 52 faizi Birləşmiş Krallığın Aİ-ni tərk etməsini istəyib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs