Əlaqə Arxiv
news Image
2016.06.25
08:00
| A A A
Faşizm sevgisi ermənilərə baha başa gəlir
İlqar Vəlizadə: “Hazırda dünyada möcud olan ikili standartlar Ermənistanın timsalında özünü çox qabarıq şəkildə göstərir” Qabil Hüseynli: “Ermənilər Rusiyanın dəyərlərinə, Rusiyanın apardığı böyük mübarizəyə kölgə salmış oldu”

Ermənistanda faşist Almaniyasının SS birləşmələrinin generalları ve Hitlerin əlaltıları olan Njde Qaregin və "Dro" ləqəbli Drasmat Kanayanın şərəfinə heykəllərin ucaldılması, həmin şəxslərin "milli qəhrəmanlar" kimi ölkə rəhbərliyi səviyyəsində təqdim edilməsi kəskin etirazlara səbəb olub. Mayın 28-də heykəllərin açılışına Ermənistan prezidenti Serj Sarkisyanın qatılması rusları daha çox hiddətləndirib. Bununla əlaqədar "Facebook", "Twitter" sosial şəbəkələrində səhifələr yaradılıb. Həmin səhifələrdə "Dro" ləqəbli Drasmat Kanayanın və Njde Qareginin SS birləşməsi tərkibində faşist Almaniyası ilə əlbir olması, faşistlərin işğal etdikləri ərazilərdə dinc əhaliyə qarşı törətdikləri ağır cinayətləri əks etdirən faktlar ictimaiyyətə çatdırılır.

Siyasilərin fikrincə, qınaq yalnız ruslarla kifayətlənməyəcək. Belə bir şəxslərin heykəllərinin ucaldılmasına qarşı dünya ictimaiyyətində də etirazlar qaçılmazdır.

Siyasi şərhçi İlqar Vəlizadə hesab edir ki, Ermənistanın bu addımına görə, dünya ictimaiyyətindən hansısa bir təpki gözləməmək əbəs olar: "düzdür, indiyə qədər honların müttəffiqi olan, faşizm ilə mübarizənin önündə gedən Rusiyadan da indiyə qədər heç bir kəskin tənqid eşitmədik. Bu, o deməkdir ki, həm Rusiya, həm də digər ölkələr Ermənistana xüsusi diqqət yetiririlər. Hazırda dünyada möcud olan ikili standartlar Ermənistanın timsalında özünü çox qabarıq şəkildə göstərir.

Qondarma "soyqırım" və s. məsələlərlə bağlı digər ölkələrə bir cür, Ermənistana başqa cür yanaşırlar. Ən yeni tarixin ən pis qətliamı Uqanda da baş verib. Keçən əsrində 80-ci illərində orada 1 milyondan çox insan öldürülüb. Lakin dünya ictimaiyyəti bu barədə heç nə demir. Çünki, onlar heç kəsə lazım deyil. Ermənistan ilə bağlı baxışlar isə fərqlidir. Yəni, dünyada ikili standart həmişə mövcuddur. Bunu bşa düşməliyik. Sadəcə, biz özümüz qonşumuz kim olduğunu yadımızdan çıxartmamalıyıq. Nə vaxtsa beynəlxalq tribunalarda bunları fakt kimi deyə biləcəyik".

Digər politoloq Qabil Hüseynli hesab edir ki, ermənilərin hərəkətinə qarşı ən birincisi Rusiya addım atmalıdır: "Çünki, ermənilər Rusiyanın dəyərlərinə, Rusiyanın apardığı böyük mübarizəyə kölgə salmış oldu. Ermənilər faktiki olaraq, faşizmi müdafiə edirlər. Faşizmlə, Hitlerlə bir cərgədə olan insanları milli qəhrəman səviyyəsinə qaldırdılar. Bu, onu göstərir ki, ermənilər və Ermənistan riyakar cəmiyyətdir. Bir yandan ruslara yaltaqlanırlar, o biri tərəfdən isə rusların ən böyük milli dəyərlərini ayaq altına salıb tapdalayırlar. Hazırda dünyanın əksər ölkələrində buna qarşı ciddi etirazlar var. Bu etirazlar tədricən yüksələn xətt üzrə artacaq".

Politoloqun fikrincə, ermənistanda millətçilik dövlət siyasəti səviyyəsinə qaldırılıb: "Buna millətçilik də demək olmaz. Hazırda Ermənistanda şovinist siyasət həyata keçirilir. Şovinizm onların gözlərini örtüb. Onlar hesab etdilər ki, rusların ərköyün balasıdırlar və ruslar buna görə onlara nəsə deməyəcək. Ermənilər onsuz da olmayan yerdən saxta qəhrəmanlar düzəltməyi sevirlər. Bununla da guya erməni xalqının necə qəhrəman xalq olduğunu dünyaya çatdırmaq istəyirlər. Lakin əməlləri bumeranq effekti verdi. Əksinə, çox ciddi təzyiqlərlə üz-üzə qalacaqlar".

Sizin Reklam Yeriniz