Əlaqə Arxiv
news Image
2016.06.24
17:40
| A A A
Moqerini: Aİ güclü oyunçu və etibarlı tərəfdaş olaraq qalacaq

Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxmasından sonra da Aİ sülh və təhlükəsizliyi dəstəkləyərək dünya miqyasında güclü oyunçu və etibarlı tərəfdaş olaraq qalacaq.


Movqe.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Aİ diplomatiyasının rəhbəri Federika Moqerini deyib.


Onun sözlərinə görə, Britaniya vətəndaşları İttifaqdan çıxmaqla öz seçimlərini etdilər: "Nə qədər təəssüf etsək də, buna hörmət edirik".


Xatırladaq ki, iyunun 23-də keçirilən referendumda Böyük Britaniyada Aİ-dən çıxmağa (Brexit) səs verənlərin sayı çoxluq təşkil edib. Referendumda iştirak edənlərin 52 faizi Birləşmiş Krallığın Aİ-ni tərk etməsini istəyib.

Sizin Reklam Yeriniz