Əlaqə Arxiv
news Image
2016.06.26
10:00
| A A A
Prezident İlham Əliyev: Ermənistan tərəfi Helsinki Yekun Aktını diqqətlə oxusun

Ermənistan tərəfi Helsinki Yekun Aktını diqqətlə oxusun. Bunu Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev iyunun 25-də Bakının Xətai rayonunda hərbçilər üçün inşa edilmiş yaşayış binasında yaradılan şəraitlə tanış olduqdan sonra hərbçilərlə görüşü zamanı bildirib.


Dövlət başçısı Dağlıq Qarabağın statusu ilə bağlı qeyd edib ki, bu, sonranın işidir: "Əlbəttə ki, müəyyən status ola bilər. Azərbaycanın tərkibində Naxçıvan Muxtar Respublikası mövcuddur. Bunun muxtariyyət statusu var. Avropada, digər ölkələrdə mütərəqqi təcrübə və müxtəlif statuslar var. Ancaq bu status ölkəmizin ərazi bütövlüyünü pozmamalıdır.


Bir məqamı da qeyd etmək istəyirəm ki, həm 2008-ci ildə Rusiya, Azərbaycan, Ermənistan prezidentlərinin imzaladıqları sənəddə, - ona "Mayn Dorf" bəyannaməsi deyirlər, - həm də bu ay Sankt-Peterburqda qəbul edilmiş bəyanatda Helsinki Yekun Aktına istinad edilir. Ermənistan tərəfi getsin Helsinki Yekun Aktını diqqətlə oxusun. Orada prinsiplər açıq-aydın göstərilir və ərazi bütövlüyü prinsipi üstünlük təşkil edir. Düzdür, orada xalqların öz müqəddəratını müəyyənetmə prinsipi də var. Amma birincisi, erməni xalqı öz müqəddəratını müəyyən edib, onların Ermənistan dövləti var. Baxmayaraq ki, o dövlət də tarixi Azərbaycan torpaqlarında yaradılıbdır. İkincisi, xalqların müqəddəratını təyinetmə, müəyyənetmə prinsipi ölkələrin ərazi bütövlüyünü pozmamalıdır. Bu, beynəlxalq prinsiplərdir və hər bir ölkə buna riayət etməlidir".

Sizin Reklam Yeriniz