Əlaqə Arxiv
news Image
2016.06.26
14:30
| A A A
Avropa Parlamentinin komitə sədri Aİ-nin vahid Hərbi Qərargahının yaradılmasına çağırıb

Böyük Britaniyada keçirilən referendumdan sonra Avropa Parlamentinin beynəlxalq siyasət üzrə komitəsinin sədri Elmar Brok Avropa İttifaqının vahid Hərbi Qərargahının, uzaq perspektivdə isə Avropanın ümumi ordusunun yaradılmasına çağırıb.

 

Movqe.az-ın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, E. Brok deyib ki, bu, Avropa İttifaqının təhlükəsizlik və müdafiə siyasətində öz rolunu möhkəmləndirməsinə, eyni zamanda dünyada üzərinə daha böyük məsuliyyət götürməsinə kömək edər.

 

Qeyd edək ki, iyunun 23-də Böyük Britaniyada Avropa İttifaqına üzvlüklə bağlı referendum keçirilib və referendumda iştirak edənlərin 51,9 faizi ölkənin Avropa İttifaqından çıxmasını dəstəkləyib. 

Sizin Reklam Yeriniz